Prezident Tbilisidə etirazçılara qoşuldu
Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidə hökumət əleyhinə keçirilən aksiyalara qatılıb.
AzPost xəbər verir ki, dövlət başçısı administrasiyasının üzvləri ilə birlikdə Saarbrüken meydanındakı körpüyə gedərək etirazçılara qoşulub.
Qeyd edək ki, bir neçə saatdır Tbilisidə hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilir. Etirazçılar bu dəfə Kür çayı üzərindəki körpülərdə dayanaraq nümayiş keçirir. Onlar yolları bağlamır, maşınlar sərbəst hərəkət edir.
Xatırladaq ki, Zurabişvili dekabrın 29-da dövlət başçısının səlahiyyətləri başa çatdıqdan sonra mandatını təhvil verməyəcəyini açıqlayıb. O, yeni parlament seçkiləri keçirilməyənə qədər istefa verməyəcəyini vurğulayıb. Zurabişvili həmçinin Avropa İttifaqını etirazçıları dəstəkləməyə çağırıb, “Gürcü Arzusu” ilə təmasların olmadığını bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 28 Dekabr 2024 21:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















