Icma.az
close
up
RU
Prezident təqaüdçüsü: Gələcəkdə hakim olmaq istəyirəm

Prezident təqaüdçüsü: Gələcəkdə hakim olmaq istəyirəm

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 oktyabr, Xatirə Cəfərova, AZƏRTAC

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında göstərdiyi yüksək nəticəyə görə Prezident təqaüdünə layiq görülən tələbələrdən biri də Gülay Mürvətovadır. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisası üzrə təhsil alır. Gülay Mürvətova AZƏRTAC-a müsahibəsində onu bu uğura aparan yoldan, qarşılaşdığı çətinliklədən, gələcək planlarından söz açıb.

– Gülay, səni Prezident təqaüdünə layiq görülməyin münasibətilə təbrik edirik! Bu uğura necə nail oldun? İmtahanlara hazırlıq prosesin necə keçdi?

-İmtahanlara ciddi şəkildə hazırlaşırdım, çünki qarşıma böyük bir məqsəd qoymuşdum. Bilirdim ki, buna çatmaq üçün çox çalışmalıyam. Mövzuları təkrar etmək mənim üçün əsas idi – dərsləri nə qədər çox təkrarlayırdımsa, bir o qədər yaxşı yadda qalırdı.

– Hansı fənlərə daha çox diqqət ayırırdın?

-Ən çox riyaziyyata üstünlük verirdim. Mənə elə gəlirdi ki, riyaziyyatda o biri fənlərdə olduğum kimi çox güclü deyiləm və buna görə də ona daha çox vaxt ayırmalıyam. Amma ümumiyyətlə, bütün fənlərlə nizamlı şəkildə, vaxtında məşğul olurdum.

– Qəbul imtahanından neçə bal topladın?

-692,5 bal.

– Bu qədər yüksək nəticə əldə etmək üçün, yəqin ki, gündəlik həyatında müəyyən məhdudiyyətlərə dözmüsən…

-Bəli, vaxtımın çox hissəsini dərsə ayırdığım üçün tez-tez yorğun olurdum. Dostlarımla, ailəmlə bir yerdə vaxt keçirə bilmirdim. Bəzən həll edə bilmədiyim tapşırıqlar, suallar məndə narahatlıq yaradırdı, amma üzərində daha çox çalışaraq onları da aydınlaşdırırdım.

– Niyə məhz hüquqşünaslıq ixtisasını seçdin?

-Üçüncü ixtisas qrupunu seçməyimin əsas səbəbi hüquqşünaslığa olan marağım idi. Hüquqşünasların bütün qanunlar, qərarlar haqqında zəngin biliyi, cəmiyyətdə onlara olan ehtiyac məndə bu sahəyə maraq oyadıb. Valideynlərim də bu qərarıma tam dəstək verdilər.

– Səni ən çox motivasiya edən nə idi?

-Ən böyük motivasiyam gələcəkdə özümü görmək istədiyim peşə və valideynlərimin mənə olan inamı idi. Bu yolda mənə müəllimlərim, ailəm və dostlarım böyük dəstək oldular.

– Prezident təqaüdünə layiq görülmək sənə hissləri yaşatdı?

-Prezident təqaüdü mənim zəhmətimin, səylə çalışmağımın və bütün bunların nəticəsində əldə etdiyim uğurun dəyərləndirilməsidir. Bu təqaüdə layiq görülmək mənim üçün böyük bir şərəfdir.

– Gələcək planların haqqında nə deyə bilərsən?

-Hüquq sahəsində çalışmaq və hakim olmaq istəyirəm. Xaricdə magistratura təhsili almaq və elmi fəaliyyət sahəsində çalışmağı qarşıma məqsəd qoymuşam.

– Boş vaxtlarını necə keçirirsən?

-Rəsm çəkməyi, musiqi dinləməyi, kitab oxumağı və xarici dildə film izləməyi sevirəm.

– Uğur qazanmaq istəyən gənclərə nə tövsiyə edərdin?

-Ən vacibi, özünüzə inanın! Qarşınıza məqsəd qoyun və ona doğru ardıcıl irəliləyin. Bu yolda bəzən dostlarla vaxt keçirməkdən imtina etməli, daha çox dərs oxumalı olacaqsınız. Qarşınıza çıxan çətinliklər sizi ruhdan salmasın. Əksinə, onları aşaraq daha da əzmkar olun. Zəhmətinizin bəhrəsini mütləq görəcəksiniz.

Gülay Mürvətovanın nailiyyəti bir daha göstərir ki, qətiyyət, düzgün planlama və dəstəkləyici mühit gənclərin həyatında böyük uğurların açarı ola bilər. Gülaya təhsilində və gələcək karyerasında uğurlar arzu edirik!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see967

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see427

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see381

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see290

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see274

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see262

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see213

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see212

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see205

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see188

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see182

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see160

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri