Prezident: Torpağın əsl sahibləri məhz belə davranırlar, qurur, yaradır və dirçəldirlər
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Torpağın əsl sahibləri məhz belə davranırlar, qurur, yaradır və dirçəldirlər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev bildirib.
“Torpağın əsl sahibləri məhz belə davranırlar. Onlar dağıtmaq, məhv etmək və insanlara əzab gətirmək üçün gələnlərdən fərqli olaraq qurur, yaradır və dirçəldirlər. Bu gün artıq 85 mindən çox azərbaycanlı işğaldan azad olunmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alırlar və onların məşğulluğunun təmin edilməsi də hökumətimizin qarşısında duran əsas vəzifələrdən biridir. Buna görə də onlar üçün mənzillər, fərdi evlər, məktəblər və xəstəxanalar tikməzdən əvvəl, əlbəttə, ilk növbədə ərazilərin minalardan təmizlənməsi həyata keçirilməlidir. Eyni zamanda insanların məşğulluğu məsələsi də diqqət mərkəzində saxlanılır. Həmin bölgələrdə artıq yaradılmış və gələcəkdə yaradılacaq çoxsaylı sənaye zonaları öz doğma torpaqlarında yaşamaq hüququndan məhrum edilmiş yüz minlərlə insanın sürətli qayıdışını dəstəkləyəcək”, – dövlət başçısı qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 18 May 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















