Icma.az
close
up
RU
“Prezident Trampın qəti mövqeyinə baxmayaraq…”

“Prezident Trampın qəti mövqeyinə baxmayaraq…”

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“907” ləğv edilməli, Azərbaycana qarşı ədalətsizliyə son qoyulmalıdır!

Prezident İlham Əliyev iyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişlə bağlı mövqeyini bildirdi. Dövlətimizin başçısının vurğuladığı başlıca məqam bu idi ki, Azərbaycan-ABŞ münasibətlərinin hazırkı yüksək fazası sözügedən ədalətsiz düzəlişin ləğvi üçün münbit şərait yaradır və bu şərait dəyərləndirilməlidir. Amma “907”nin ləğvini günün tələbinə çevirən digər məqamlar da var.

IV Şuşa Qlobal Media Forumunda “907”nin tarixi barədə məlumat verən Prezident İlham Əliyev məsələnin ermənipərəst mahiyyətini ön plana çəkdi. Əgər 1992-ci ildə düzəlişin qəbulunda məqsəd Ermənistana dəstək göstərmək, müvafiq olaraq, Azərbaycanı ABŞ-ın yardımından məhrum etmək idisə, hazırda durum tamamilə fərqlidir. Yəni 34 il əvvəl Ermənistanın, guya, Azərbaycan tərəfindən blokadaya alındığını iddia edib ədalətsiz qərar verilmişdisə, indi Bakı və İrəvan sülh yolundadırlar və bu yolda vasitəçilik missiyasını həyata keçirən Vaşinqtondur.

Deməli, Birləşmiş Ştatlar keçmişin antisülh ritorikasına xidmət edən meyillərdən, o cümlədən “907” məntiqindən uzaq durmalıdır. Dövlətimizin başçısının vurğuladığı da elə budur: “Biz yeganə keçmiş sovet respublikası idik ki, ABŞ Konqresinin ayrı-seçkiliyinə məruz qaldıq. Bu gün həmin düzəliş tamamilə köhnəlib. Birincisi, Azərbaycan ilə Ermənistan arasında Prezident Trampın iştirakı ilə Ağ Evdə sülh sazişi paraflandı”.

ABŞ “907”ni həm də ona görə tarixin arxivinə göndərməlidir ki, ölkənin vasitəçiliyi ilə Cənubi Qafqazda çıxılmış sülh yolu hələlik tam gedilməsə də, yəni yekun sülh müqaviləsi imzalanmasa da, Azərbaycan Ermənistana münasibətdə jestlər edir. Elə jestlər ki, ölkənin 34 il əvvəl süni şəkildə aktuallaşdırılmış blokada məntiqini sıradan çıxarır. “Azərbaycan birtərəfli olaraq Ermənistana bütün tranzit məhdudiyyətlərini aradan qaldırdı və hazırda biz bunu etməklə 40 min tondan artıq müxtəlif yüklər Rusiya, Qazaxıstan və digər yerlərdən Ermənistana daşındı. Bundan əlavə, Azərbaycan özü Ermənistana neft məhsullarını təchiz etməyə başlayıb və bildiyimə görə artıq 10 min tondan çoxdur. Bu, xüsusən də indi - bir çox ölkələrin yanacağa çıxışdan əziyyət çəkdiyi dövrdə baş verir və Ermənistan Azərbaycanı etibarlı mənbə kimi görür. Əgər belə olmasaydı, ola bilsin, bu gün onlar bütün dünyada benzin və dizel yanacağı axtarmalı olacaqdılar”, - deyən Prezident İlham Əliyev “907”nin hələ də qalmasından təəssüfləndiyini vurğulamaqda, həmçinin bu fikri səsləndirməkdə haqlıdır: “Prezident Trampın qəti mövqeyinə baxmayaraq, əfsuslar ki, vəziyyət olduğu kimi qalır”.

Əlbəttə, Azərbaycan üçün “907-ci düzəliş”in qalması ilə qalmaması arasında elə də böyük fərq yoxdur. O anlamda ki, ölkəmiz heç bir zərər və ya xeyir görmür. Amma durumun rəmzi və siyasi mənası var. Prinsipial məqam budur ki, özündə ölkəmizə qarşı ədalətsizlik daşıyan bütün beynəlxalq sənədlər, habelə “907” ləğv olunmalıdır. Digər tərəfdən, məsələ Birləşmiş Ştatların özü üçün də vacibdir. Nəzərə alaq ki, Prezident Donald Trampın rəhbərliyi ilə Ağ Ev Cənubi Qafqaz siyasi platformasında yeni yanaşma ortaya qoymaqdadır. Bu yanaşmanın güclü immunitet qazanması üçün isə keçmişin mənfi stereotipləri sıradan çıxmalıdır.

ABŞ tərəfindən keçmişin mənfi stereotiplərin sıradan çıxmasının vacibliyinin dərk edildiyi şəraitdə Cənubi Qafqaza münasibətdə yeni yanaşmaların tətbiqi ilə Bakı-Vaşinqton münasibətlərindəki hazırkı düzəni möhkəmləndirmək lazımdır. Axı Prezident İlham Əliyev əbəs yerə ötən ilin avqustunu yada salmır: “Yeri gəlmişkən, ötən ilin avqustunda Vaşinqtona səfərim zamanı Ağ Evdə Prezident Tramp mənim iştirakımla həmin düzəlişin qüvvəsinin növbəti bir il üçün dayandırılması ilə bağlı sənədi imzaladı və o, hazırda işləmir”.

Əslində, Prezident İlham Əliyevin fikirlərini ABŞ Konqresinə çağırış kimi də qiymətləndirmək mümkündür. Çünki ortada dünyanın super gücünün ali qanunverici orqanının adına yaraşmayan durum var və bu durum 34 ildir davam edir: “Düşünürəm ki, həmin düzəliş Konqres tərəfindən nə qədər tez tam ləğv edilərsə, hamımız üçün, Azərbaycan üçün bir o qədər yaxşı olar. Çünki biz artıq ayrı-seçkiliyə məruz qalmayacağıq və ABŞ Konqresi isə məsuliyyəti, səhvləri etiraf etmək bacarığını, cari geosiyasi vəziyyətə uyğun hərəkət etdiyini göstərə biləcək. Ümid edirik, bunlar baş verəcək”.

Digər tərəfdən, Azərbaycan Birləşmiş Ştatların beynəlxalq miqyasdakı təşəbbüslərinin fəal dəstəkçisidir və bunları Prezident İlham Əliyev də vurğulayıb: “Deyərdim ki, həmin münasibətlər Tramp Administrasiyası ilə Azərbaycan arasında əladır və biz çox şadıq ki, o əlaqələr həqiqətən strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Ötən ilin avqust ayında Vaşinqtonda Prezident Trampla tarixi görüşüm və sonradan bu ilin yanvarında Davosdakı görüşümüz, Prezident Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət olunması, Vitse-prezident Cey. Di. Vensin səfəri, Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı Vitse-prezidentlə Bakıda imzalamağımız və bir çox digər meyarlar göstərir ki, hazırda münasibətlər heç zaman görmədiyimiz zirvə səviyyəsindədir. Bu gün biz strateji tərəfdaşlıq haqqında Bəyanatın bütün müddəalarının icrası üzərində fəal şəkildə işləyirik”.

Sonda ümumiləşdirmə apararaq bildirək ki, hazırda “Azadlığa Dəstək Aktı”na ədalətsiz “907-ci düzəliş”in qüvvəsinin Prezident Tramp tərəfindən bir il müddətinə dayandırılması Azərbaycan-ABŞ münasibətləri baxımından müsbət məqam olsa da, ümumən, “907”nin hələ də qalması perspektiv üçün tərəddüd yaradır, qarşılıqlı inam və etimad mühitinə xələl gətirir. Ona görə hesab edirik ki, dövlətimizin başçısının vurğuladığı məqamlar Birləşmiş Ştatların fikir industriyasını, həmçinin, Ağ Ev administrasiyasını ciddi şəkildə düşündürməlidir.

Ə.RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 İyul 2026 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri