Prezident və xanımı Rasim Balayevlə vida mərasiminə əklil göndərdi
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin vida mərasiminə əklil göndərib.
BAKU.WS xəbər verir ki, hazırda mərhumla vida mərasimi Akademik Milli Dram Teatrında keçirilir.
Mərasimdə mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media nümayəndələri də iştirak edirlər.
Vida mərasimindən sonra Xalq artistinin cənazəsi Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, Rasim Balayev ötən gün vəfat edib.
O Türkiyənin İstanbul şəhərindəki "Memorial" xəstəxanasında dünyasını dəyişib.
Aktyor uzun müddət idi səhhətində yaranan ciddi problemlərlə əlaqədar müalicə alırdı.
Baxış sayı:119
Bu xəbər 30 Mart 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















