Prezident: “Xarici borcumuzu bir gündə sıfırlaya bilərik”
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Azərbaycanın xarici borcu çox aşağı səviyyədədir, onu bir gündə sıfırlamaq da olar".
“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.
Dövlət başçısı deyib ki, Azərbaycanda çox mühüm siyasi və iqtisadi sabitlik mövcuddur: Sezar pizza
"Artıq Azərbaycanda 30 ildən çoxdur ki, bu istiqamətdə mühüm proseslər gedir. 90-cı illərdə, xüsusilə 90-cı illərin əvvəllərində, ərazimizin böyük bir hissəsi işğal altında idi və təxminən bir milyona yaxın qaçqın və məcburi köçkünümüz var idi Bu da ölkənin sosial-iqtisadi vəziyyətinə ciddi təsir göstərirdi. Amma bu gün Azərbaycanın siyasi və iqtisadi vəziyyəti çox mühüm amildir. Digər mühüm amil isə bizim maliyyə imkanlarımızın çox güclü olmasıdır. Artıq xarici borcumuz çox aşağı səviyyədədir. Biz onu bir gündə sıfırlaya bilərik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 26 Sentyabr 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















