Icma.az
close
up
RU
Prezident xəbərdarlıq edir, Xətaidə isə nəticə çıxarmaq əvəzinə... Qanunsuz tikintilər baş alıb gedir

Prezident xəbərdarlıq edir, Xətaidə isə nəticə çıxarmaq əvəzinə... Qanunsuz tikintilər baş alıb gedir

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə prezidentinin dəfələrlə etdiyi tövsiyyə və xəbərdarlıqlar  bəzi icra başçıları tərəfindən heç də doğru alqılanmır. Bu üzdən də onlar öz fəaliyyətlərindəki nöqsanları aradan qaldırmaq üçün heç bir addım da atmırlar və fəaliyyətlərində dönüş yaratmırlar.

Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev yeni təyinat alan icra başçılarını qəbul edərkən onlara təlimatlar verməklə yanaşı, eyni zamanda məmurlara bir daha xəbərdarlıq edib. Prezident bildirib ki, rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır.

“Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq”, deyə prezident bildirib və əlavə edib ki, dövlət başçısı olaraq onun etimad göstərdiyi şəxslər bəzən bu etimadı doğrultmur.

“Əfsuslar olsun ki, yenə də deyirəm, göstərdiyim etimada rəğmən bəzi məmurlar bu göstərişləri yerinə yetirmək əvəzinə, ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər”, deyə ölkə prezidenti vurğulayıb.

Qeyd edək ki, prezidentin bu tövsiyyə və xəbərdarlığı xalq işində şövqlə qarşılanıb və sıravi vətəndaşlar ümid edirlər ki, bəzi məmurlar prezidentin bu xəbərdarlığından doğru nəticə çıxaracaqlar.

Biz də öz tərəfimizdən qeyd edirik ki, prezidentin bu tövsiyyə və xəbərdarlıqları  bəzi icra başçıları tərəfindən heç də doğru alqılanmır və bu üzdən də onlar öz fəaliyyətlərindəki nöqsanları aradan qaldırmaq üçün heç bir addım da atmırlar və fəaliyyətlərində dönüş yaratmırlar. Bunun sübutunu da gündəlik həyatımızda görürük və belə başçıların fəaliyyətinin yaratdığı fəsadlarla yaşamaqda davam edirik.

Xatırladaq ki, ölkə prezidentinin tövsiyyə və xəbərdarlıqlarını nəzərə almayan başçılar arasında Bakı şəhər icra başçıları öndə gedir və onlardan biri də Xətai rayon İcra hakimiyyətinin başçısı Rafiq Quliyevdir. Cənab Quliyev Bakı şəhərində ən çox qanunsuz tikintilərə icazə verən və prezidentin sözləri ilə desək, bundan ən çox “cibini dolduran” icra başçılarından biridir. Demək olar ki, hər gün Xətai rayonunda qanunsuz tikililərlə bağlı yerli mətbuatda, sosial şəbəkələrdə yeni-yeni xəbərlər tirajlanır və bu xəbərlərin artım tempinə baxarsaq, deyə bilərik ki, Xətai icra Hakimiyyətində bu yazılanlardan və tirajlanan videoçarxlardan nəinki nəticə çıxartmırlar, heç bu yazılanları veclərinə də almırlar.

Misal üçün bildirək ki, prezidentin son xəbərdarlığından sonra sosial şəbəkələrdə və yerli mətbuatda yayılan videoçarxda bildirilir ki, general Əliağa Şıxlınski 37 ünvanında inşa edilən binanın üzərinə yenidən iki mərtəbə inşa edilməkdədir. Sosila şəbəkələrdə haqlı olaraq sual edirlər ki, bəs aidiyyatı qurumlar hara baxırlar?

Qeyd edək ki, təkcə son bir ayda sosial şəbəkələrdə Xətai rayonu ilə bağlı ona yaxın belə videoçarxlar yayımlanıb, amma heç bir aidiyyatı qurum ortaya çıxıb bu özbaşınalıqlara son qoymur. Xətai icra hakimiyyəti isə ümumiyyətlə susur. Sanki rayon ərazisinin küçə və parklarında aparılan qanunsuz tikililərin onlarla heç bir əlaqəsi yoxdur və bu qanunsuzluğu durduracaq qurum da, onlar deyil.

Əlbəttə ki, Xətai rayon İcra Hakimiyyəti və şəxsən Rafiq Quliyevin bu qanunsuz tikintilərdən xəbərsiz olması mümkünsüzdür. Lap deyək ki, bütün bu qanunsuz tikililərin bəziləri Rafiq Quliyevin iradəsi xaricində baş verir. Amma bu günə qədər Xətai rayon İcra Hakimiyyəti cinayət məsuliyyəti yaradan bu qanunsuzluqlarla bağlı yuxarı instansiyalara və digər aidiyyatı qurumlara müraciət edibmi? Əgər ediblərsə, xahiş edirik, ictimaiyyətə təqdim etsinlər…

Bu gün Xətai rayonun parklarında, ölkə prezidentinin öz son çıxışında qeyd elədiyi kimi, ekoloji tarazlıq pozulub və bu, Rafiq Quliyevin fəaliyyətinin birbaşa nəticəsidir. Ona görə də bu gün Xətai sakinlərinin və ictimaiyyətin beynində bir sual dolaşmaqdadır: Rafiq Quliyev prezidentin son xəbərdarlıqlarından və təlimatlarından nəticə çıxaracaqmı?/Poliqon.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://mia.az
archiveBu xəbər 17 Noyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri