Icma.az
close
up
RU
Prezident Yakov Milatoviç ilə görüşüb Yenilənib

Prezident Yakov Milatoviç ilə görüşüb Yenilənib

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Prezident İlham Əliyev noyabrın 14-də Monteneqronun Prezidenti Yakov Milatoviç ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, Yakov Milatoviç COP29-un yüksək səviyyədə keçirilməsi münasibətilə dövlət başçısını təbrik edib.
O vurğulayıb ki, COP29-u uğurlu tədbir adlandırmaq olar. Monteneqro Prezidenti COP29-da 80-dən çox dövlət və hökumət başçısının iştirak etdiyini deyib və bildirib ki, bu tədbir, eyni zamanda, Azərbaycanın nailiyyətlərini dünyada göstərir.
Yakov Milatoviç vurğulayıb ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib. Qonaq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərini qeyd edərək, ölkəmizin çox böyük və nadir inkişaf yolu keçdiyini məmnunluqla vurğulayıb.
Azərbaycanın COP29-u qısa müddət ərzində təşkil etdiyini deyən Prezident İlham Əliyev bildiribki, ölkəmiz COP-a sədrliyə başladığı vaxtdan bizə qarşı feyknyus və qarayaxma kampaniyasına start verilib. Bu kampaniyada elə təqdim edilir ki, guya Azərbaycan ətraf mühiti çirkləndirir. Amma reallıq belə deyil. Dövlət başçısı deyib ki, bəzi dairələr Azərbaycanın uğurlarını, inkişafını və müstəqil siyasətini həzm edə bilmirlər.
Prezident İlham Əliyev Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini də xatırladıb.
İşğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını deyən dövlət başçısı qeyd edib ki, ermənilər həmin ərazilərimizi minalayıblar, müharibə bitəndən indiyədək 300-dək Azərbaycan vətəndaşı minaların partlaması səbəbindən ya həlak olub, ya da ağır yaralanıb. İşğal dövründə Ermənistan şəhərlərimizi və kəndlərimizi dağıdıb.
Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, turizm, sərmayələr sahələrində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Monteneqro Prezidenti dövlət başçısını ölkəsinə, Azərbaycan Prezidenti isə Monteneqro dövlətinin başçısını ölkəmizə rəsmi səfərə dəvət edib. Dəvətlərlə bağlı qarşılıqlı minnətdarlıq ifadə olunub.
***11:02
Prezident İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviç ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 14 Noyabr 2024 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri