Icma.az
close
up
RU
Prezidentdən ARDNFin investisiya siyasəti ilə bağlı qərar

Prezidentdən ARDNFin investisiya siyasəti ilə bağlı qərar

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gələn il Dövlət Neft Fondu (ARDNF) əsas kapitalın itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirəcək.

Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Fondun 2025-ci il büdcəsi haqqında fərmanda öz əksini tapıb.

Fərmana əsasən, gələn il Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 58,1 milyard ABŞ dollarına bərabər götürülür.

Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 85 %, nəzərdə tutulmuş illik bölgüsü Fondun Müşahidə Şurasına təqdim edilməklə ABŞ dolları, avro və İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə yerləşdirilir.

Fondun investisiya portfeli aşağıdakı altportfellərdən ibarətdir:

- borc öhdəlikləri altportfeli – aşağı uzaqlaşma intervalı maksimum 10 % olmaqla, investisiya portfelinin məcmu dəyərinin 40 %-i;

- səhm (pay) altportfeli – yuxarı uzaqlaşma intervalı maksimum 3 % olmaqla investisiya portfelinin məcmu dəyərinin 25 %-ə qədəri;

- daşınmaz əmlak altportfeli – yuxarı uzaqlaşma intervalı maksimum 3 % olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 %-ə qədəri;

- qızıl altportfeli – yuxarı uzaqlaşma intervalı maksimum 4 % olmaqla, investisiya portfelinin məcmu dəyərinin 25 %-ə qədəri;

Fondun borc öhdəlikləri altportfeli pul bazarları alətlərindən, mərkəzi (milli) banklardakı əmanətlərdən və borc öhdəliklərindən ibarətdir. Səhm (pay) altportfeli yalnız beynəlxalq nüfuzlu səhm bazarı indekslərinə daxil olan səhmlərdən, habelə maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 7 %-dən artıq olmamaqla səhmlərə və kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya edən pay fondlarında, o cümlədən müştərək investisiyalarda iştirak paylarından ibarətdir. Daşınmaz əmlak altportfeli yalnız daşınmaz əmlaka, infrastruktura, daşınmaz əmlak və infrastruktur üzrə kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya edən pay fondlarında, müştərək investisiyalarda iştirak paylarından, o cümlədən daşınmaz əmlaka birbaşa investisiyalardan ibarətdir. Qızıl altportfeli yalnız London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələrdən ibarətdir.

Fondun borc öhdəlikləri altportfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi müvafiq valyuta üzrə “ICE BofA Fixed Income Indices” əsas götürülür. Səhm (pay) altportfelinin hədəf gəlirliliyi (bençmark) kimi “MSCI Stock Market Indexes” əsas götürülür. Ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın 4.2-ci bəndinə əsasən, qızıl altportfelinə hədəf gəlirliliyi (bençmark) tətbiq edilmir.

Fondun borc öhdəlikləri altportfelinin faktiki ortaçəkili investisiya müddətini (durasiya) dünya bazarındakı cari vəziyyətdən asılı olaraq Fond müəyyən edir və bu müddət müvafiq bençmarkın ortaçəkili investisiya müddətindən maksimum altı ay olmaqla kənarlaşa bilər.

Depozitar banklar və bençmarka daxil olan dövlətlərin borc öhdəlikləri istisna olmaqla, bir maliyyə qurumunun və ya bir investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 10 %-i həddində müəyyən edilir.

Qaydaların 3.3.1.7-ci abzasında nəzərdə tutulmuş qeyri-investisiya reytinqinə malik borc öhdəlikləri və ya pul bazarları alətləri üzrə 5 %-lik xüsusi çəkinin yuxarı həddinə dair tələblər ölkə Prezidentinin aktları ilə nəzərdə tutulan tədbirlərin icrası məqsədilə həyata keçirilən investisiya qoyuluşları nəticəsində Fondun investisiya portfelinə daxil olan aktivlərə tətbiq edilmir.

Fondun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul köçürmələrinin və digər köçürmələrin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Fondun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanılmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 iş günündən çox davam etməməlidir.

Cəlb edilən xarici menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi beynəlxalq kredit agentliklərinin (Standard & Poor's, Fitch və ya Moody's) investisiya dərəcəli kredit reytinqindən aşağı olmamalı və ya onun aktivlərin idarə edilməsində ən azı 5 il müsbət təcrübəsi, yaxud dəyəri 1 milyard ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır. Xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 %-dən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 %-dən artıq olmamalıdır. Fondun vəsaitinin idarə olunmasına cəlb edilən xarici menecerlərin səlahiyyətləri və idarəetməyə verilmə müddəti Fondla həmin menecerlər arasında bağlanılan sazişdə göstərilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Dekabr 2024 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri