Prezidentdən Dövlət Bayrağı Meydanı ilə bağlı QƏRAR
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyinin bütün əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansına verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Fərmanında əksini tapıb.
Fərmana əsasən, Dənizkənarı Bulvar İdarəsinin Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət, onların idarə edilməsi və saxlanılması ilə bağlı hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə keçir.
Nazirlər Kabineti Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin bütün əmlakının Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansına verilməsini iki ay müddətində təmin etməlidir.
Baxış sayı:111
Bu xəbər 25 Avqust 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















