Prezidentdən əfv istəyən Netanyahu hakim qarşısına çıxdı Prokurorla baş nazir iclasda mübahisə edib
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
Korrupsiya və rüşvətalmada ittiham olunan İsrailin Baş naziri Benyamin Netanyahu ölkə prezienti Hersoqa əfv üçün müraciət etdikdən sonra bu gün Tel=Əvivdə hakim qarşısına çıxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, proses başlayan kimi Netanyahu diplomatik və ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərlə əlaqədar sabaha nəzərdə tutulan dinləmə iclaısnın təxirə salınmasını tələb edib.
Məhkəmə heyəti tələbi nəzərdən keçirəcəyini bildirib. Prokuror da tələbə etiraz etməyib.
Bundan sonra sualları cavablandıran Netanyahu ilə prokuror arasında gərginlik yaşanıb. Prokuror Baş naziri yalan danışmaqda ittiham edib. O, Netanyahudan seçki dövründə yalnız "Walla" xəbər saytına müsahibə verdiyini iddia etməsinə səbrli yanaşa bilməyib: "Yalan danışma. Əgər elədirsə, digərlərini təkzib etmək üçün dəlillər təqdim elə".
Baş nazir Netanyahu isə prokurorun onu yalan danışmaqda ittiham etməsii qəbuledilməz sayıb: "Bütün bunlar sizin bu işin ta əvvəlindən nə qədər əsassız ittiham hazırladığınızı sübut edir".
Məhkəmə sual-cavablardan sonra sabahkı prosesin təxirə salınmasına qərar verib.
Xatırladaq ki, Baş nazir Benyamin Netanyahu və ailəsinə qarşı təxminən altı il əvvəl cinayət işi açılıb.
ABŞ lideri Donald Tramp İsrailə son səfərində ölkə prezidentindən onun əfvini istəyib.
Samir Musayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 01 Dekabr 2025 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















