Icma.az
close
up
RU
Prezidentdən mesaj: Yeni idarəetmə modeli

Prezidentdən mesaj: Yeni idarəetmə modeli

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkənin sosial-iqtisadi inkişafı müxtəlif sahələrdə islahatlar tələb edir. 

Onlardan biri də bölgələrdə yeni idarəetmə modelinin tətbiqidir. Bugünlərdə Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində idarəetmə ilə bağlı səsləndirdiyi fikirləri məhz bunun anonsu hesab etmək olar. 

Ölkə başçısı bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər: 

“Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur. Hər halda azad edilmiş ərazilərdə özünü doğruldub, yəni gələcək göstərər”. 

Mütəxəssislər də bölgələrin inkişafında bu idarəetmə metodunun üstünlüklərinin olacağını bildirirlər. 

Millət vəkili Azər Badamov “Cebheinfo.az”-a bildirib ki, dünən Prezident İlham Əliyev ölkədə davamlı şəkildə keçirilən struktur islahatları ilə bağlı məsələyə də fikir bildirərək əsas məsələnin düzgün kadrların seçilməsində olduğunu qeyd edib: 

“Burada xüsusi nümayəndəlik institutu və ya icra hakimiyyətləri olmasının fərqi yoxdur. Dövlət başçısı vəzifələrə təyin olunan bütün kadrların qarşısında eyni vəzifələr qoyur. Təbii ki, dövlət başçısının imzası ilə etimad göstərmək böyük şərəfdir. 

Təəssüf ki, bəzi hallarda vəzifəyə təyin olunmuş kadrlar bu etimadı doğrultmurlar. Belə ki, etimadı doğrultmama halları həm xüsusi nümayəndəlik institutuna təyin olunmuş şəxslərdə, həm də icra başçıları arasında olur. Məsələn, Naxçıvana təyin olunmuş xüsusi nümayəndə qısa zaman sonra işdən çıxarıldı. O cümlədən, Nəsimi rayonun icra başçısı da 47 gündən sonra vəzifəsindən azad olundu. 

Bu baxımdan, dövlət başçısının da qeyd etdiyi kimi, düzgün idarəetməni qurmaq üçün ilk növbədə təmiz kadrlar olmalıdır. Həm də xüsusi nümayəndə institutu ilə bağlı fikirlər bildirən dövlət başçısı qeyd etdi ki, bu operativ, çevik və az məmurun iştirakını tələb edən idarə metodudur. Təbii ki, gələcəkdə bu idarə üsulu bütün ölkə üzrə tətbiq oluna bilər. 

Hesab edirəm ki, xüsusi nümayəndə institutu müəyyən çərçivədə fəaliyyət göstərir. İcra hakimiyyətlərinin işi daha geniş profillidir. Həm də düzgün iş prinsipi ilə işini qurmuş icra hakimiyyətləri dövlət idarəetmə sistemində böyük töhfələr verir. İşində qüsur və korrupsiya halları olanlara qarşı sərt tədbirlər görülür. 

Dövlət başçısı bu istiqamətdə də ictimai nəzarətin güclü olması ilə bağlı fikirlər bildirdi. Dövlət başçısı qeyd etdi ki, məmurların mənfi fəaliyyəti ilə bağlı ictimaiyyətdən siqnallar alınan kimi dərhal araşdırmalara başlanılır. Bu araşdırmalar müxtəlif qurumlarda aparılır və bu öz təsdiqini taparsa, dərhal tədbirlər görülür”. 

Deputat deyib ki, bu baxımdan, dövlət başçımızın struktur islahatları ilə bağlı səsləndirdiyi fikirlərdən hər bir dövlət məmuru nəticə çıxartmalı və öz fəaliyyətlərini bir daha nəzərdən keçirməlidir: 

“Yəni əsas məqsəd xüsusi nümayəndə institunun qurulması deyil. Burada əsas məqsəd dövlət strukturların şəffaf fəaliyyət göstərməsi, xalqa xidmət etməsi və dövlət başçısının göstərdiyi yüksək etimada sadiq olmasıdır”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Prezident mesaj Azər Badamov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Yanvar 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri