Icma.az
close
up
RU
Prezidentdən mühüm mesajlar: “Separatizmə və terrorçuluğa qarşı mübarizədə...”

Prezidentdən mühüm mesajlar: “Separatizmə və terrorçuluğa qarşı mübarizədə...”

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Hər yerdə ədalət olmalıdır - beynəlxalq münasibətlərdə, ailədə, hər bir ölkədə, hər bir cəmiyyətdə. Biz buna çalışırıq”.

Bu sözləri Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə bildirib.

Dövlət başçısı qeyd edib ki, biz tarixi ədaləti, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik:

“Bununla qürur duyuruq. Əminəm ki, bu şanlı Qələbəmiz hər bir Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq. Biz döyüş meydanındakı Zəfərimizə idman qələbələrini də əlavə etdik və bu, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Çünki idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir, onu əks etdirir.

Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir”.

Prezident İlham Əliyev bildirib ki, bu gün dünyada gedən proseslər göz qabağındadır:

“Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi – bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik”.

“Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və əminəm ki, bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq”, - deyə dövlət başçısı bildirib.

Məsələ ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyev son çıxışında həm ölkə daxilinə, həm ölkə xaricinə, həm də Azərbaycanın dostlarına və düşmənlərinə ciddi mesajlar ötürüb:

“Dövlət başçısı hər zaman çıxışlarında bir çox müəyyən dairələrə mesajlarını çatdırıb. Azərbaycanın son dövrlər əldə etdiyi uğurlar, xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsi və 2023-ci ilin 19 sentyabrında bir günlük antiterror əməliyyatlarında öz ərazi bütövlüyünü və suverenliyini bərqərar etməsi ölkəmizi regionda daha da qüdrətli dövlətə çevirdi.

Prezident İlham Əliyev budəfəki çıxışında da önəmli məsələlər toxunub. Sözün həqiqi mənasında unutmamalıyıq ki, biz qalib xalqıq, qalib ölkəyik. Azərbaycan tam olaraq müstəqil xarici siyasət yürüdür, böyük iqtisadi-siyasi nailliyyətlər əldə edib, regionda söz sahibinə çevrilib. Azərbaycanın istəmədiyi layihələr regionda heç bir zaman həyata keçə bilməz. Azərbaycan inkişaf etməkdədir və daha da inkişaf edəcək.

Bildirim ki, Azərbaycan bir sıra məsələlərdə nümunə bir ölkə olub.

Bəzi ölkələr separatizmə və terrorçuluğa qarşı mübarizədə Azərbaycanın təcrübəsindən yararlanırlar. 

Prezidentin çıxışı ölkə gəncliyinə yönələn bir çıxış idi. Dövlət rəhbəri çox doğru şəkildə bəyan edib ki, Azərbaycan gənci Azərbaycanın daha da inkişaf etməsinə, daha da güclənməsinə və möhkəmlənməsinə töhfə verməlidir.

Bir daha Prezident İlham Əliyev Azərbaycanın inkişafından və möhkəmlənməsindən narahat olan qüvvələrə mesaj çatdırdı ki, Azərbaycan bundan sonra qüdrətlənəcək”.  

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Dekabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri