Icma.az
close
up
RU
Prezidentdən növbəti ifşa: Qurbanlar dəyişməyib, elə qatillər də...

Prezidentdən növbəti ifşa: Qurbanlar dəyişməyib, elə qatillər də...

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Çinin “CGTN” telekanalına müsahibəsində dünyanın müxtəlif bölgələrində gərginlik və qarşıdurma yaradan qüvvələri ifşa edib, bütün bu münaqişələrin imperialist keçmişi olan dövlətlərin dominantlıq istəyindən irəli gəldiyini bildirib. Dövlət başçısı müsahibəsində deyib:

“Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır”.

Prezident İlham Əliyevin imperiya keçmişi olan dövlətlərlə bağlı bu təsbiti son dərəcə dəqiq və faktlarla zəngindir. Bu ittihamən nə qədər əsaslı olduğunu anlamaq üçün bəzi Qərb dövlətlərinin Cənubi Qafqazla bağlı siyasətinə nəzər salmaq kifayətdir.

30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğalda saxlayan, ölkəmizə qarşı mina terroru həyata keçirən və faşizmin bütün təzahürlərini nümayiş etdirən Ermənistan, bu gün Fransa tərəfindən aktiv şəkildə silahlandırılır ki, bu da rəsmi Parisin Cənubi Qafqazda liderliyini ələ keçirmək, mövqe sahibi olmaq istəyindən xəbər verir. Cənubi Qafqaz xalqlarının qanı və canı hesabına öz imperiya siyasətini həyata keçirməyə çalışan Fransa, bölgədə yeni hərbi qarşıdurma yaratmaqla dövlət maraqlarını təmin etmək üçün əlverişli zəmin formalaşdırmağa can atır. Hansı ki, Fransanın imperiya tarixi onun oxşar şəkildə saysız-hesabsız qanlı-əməllərə imza atdığını göstərir.

Fransanın dənizaşırı xalqlarla bağlı yürütdüyü siyasət – onların azadlıq istəyini qan gölündə boğmaq cəhdləri rəsmi Parisin hələ də imperiya ambisiyalarından əl çəkmədiyi isbatlayır. Vaxtiylə Əlcəzairdə, Vyetnamda və daha onlarla ölkədə soyqırımları həyata keçirən Fransa, bu kəs eyni əməlləri fərqli coğrafiyalarda fərqli dövlətlərin əli ilə reallaşdırmağa cəhd edir. Onun bu siyasətini ifşa edən Azərbaycanı isə böhtan və qarayaxma kampaniyaları, siyasi təhdidlər vasitəsilə geri çəkilməyə, mənəvi-psixoloji baxımdan tərk-silah etməyə çalışır. Halbuki, Azərbaycanın heç bir təhdid və təzyiq qarşısında geri çəkilməyəcəyi gerçəyi hər kəsə məlumdur. 44 günlük Vətən müharibəsi, post-müharibə dönəmində baş verən diplomatik qarşıdurmalar və bütün bu mübarizələr fonunda Prezident İlham Əliyevin sərgilədiyi əzmkar mövqe bunun ən böyük təsdiqidir.

Müzəffər Ali Baş Komandanın Çinin “CGTN” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər daha bir həqiqəti yada salır. Bu həqiqət isə illərin, əsrlərin ötüb-keçməsinə baxmayaraq, dünyamızda nə qurbanların, nə də qatillərin dəyişmədiyi gerçəyidir. Vaxtiylə öz yaşamını digər xalqların məhvi və istismarı hesabına təmin etməyə çalışan imperialist dövlətlər, bu gün də eyni yolla öz yaşamlarını davam etdirmək niyyətindədirlər. Lakin onların nəzərə almadıqları bir reallıq var. Bu da ötən əsrlərdən fərqli olaraq vaxtiylə əzilən, müstəmləçəkilik siyasətindən əziyyət çəkən xalqların bu gün daha güclü, daha mətin, daha həmrəy olması gerçəyidir. Azərbaycanın Yeni Kaledoniya da daxil olmaqla dənizaşırı xalqlara verdiyi dəstək buna nümunədir. Və Azərbaycan örnəyi göstərir ki, imperialist dövlətlərin yeni dövrdə köhnə məqsədlər uğrunda mübarizəsi  nəticə etibarilə onların özünə baha başa gələcək, bu dövlətlərin ifşası və məyusluğu ilə nəticələnəcək.

Seymur ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Fevral 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri