Prezidentdən Trampa cavab: Biz kralları qəbul etmirik, nöqtə!
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampın Kolumbiya ilə bağlı dediklərinə sərt cavab verib.
Turkustan.az xəbər verir ki, Petro bildirib ki, Tramp Kolumbiyada kral deyil və ölkəsində xalqın iradəsi hakimdir.
Petro, Trampın "Kolumbiya nəzarətdən çıxıb" ifadəsinə cavab olaraq deyib:
"Əlbəttə ki, nəzarətdən çıxıb, amma onun nəzarətindən! Demokratik bir ölkədə hökumət Trampın deyil, xalqın nəzarəti altındadır. O, Kolumbiyada kral deyil; biz burada kralları qəbul etmirik, nöqtə."
Ölkəsinin özəl televiziya kanalına verdiyi müsahibədə Petro, Trampın onu “narkotik lideri” kimi təqdim etməsinə və ABŞ ilə “narkotiklərlə müharibə” mövzusunda yaşanan gərginliyə də toxunub.
Prezident Petro Trampın ritorikasını sərt tənqid edərək əlavə edib:
"Respublikalarda heç kim kral kimi davrana bilməz. Burada kralların başları kəsilir – bu, məcazi mənadadır – çünki padşahlara itaət edilmir. Burada heç kim susdurula bilməz. 21-ci əsrdə hələ də özünü kral və ya qubernator hesab edənlər var, amma respublikalarda bu mümkün deyil."
Qeyd edək ki, Donald Tramp daha əvvəl Kolumbiyanın “nəzarətdən çıxdığını” demiş, Petro hökumətini isə narkotik ticarətinə qarşı mübarizədə yetərli addımlar atmamaqda ittiham etmişdi.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 22 Oktyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















