Icma.az
close
up
RU
Prezidentdən xalqa müjdə: Tapşırıq verildi, yaxın zamanda bilinəcək

Prezidentdən xalqa müjdə: Tapşırıq verildi, yaxın zamanda bilinəcək

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağındakı çıxışı böyük maraqla qarşılanıb. Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzur bölgələrində geoloji kəşfiyyat işlərinin aparıldığını açıqlayıb.

Prezident Azərbaycan alimlərinin bu işlərə dəvət edildiyini, həmçinin dövlət strukturlarına göstəriş verildiyini bildirib. O, yaxın bir neçə ay ərzində çox yaxşı xəbərlər gələcəyini söyləyib.

Sitat:

“Bizim çox zəngin təbii resurslarımız var – qızıl, gümüş, mis yataqları, polimetal yataqlar. Onların aşkarlanması, kəşfiyyatı, işlənməsi bizə böyük xeyir gətirəcək, Qarabağ və Şərqi Zəngəzur regionlarımızda iş yerlərinin böyük sayda yaradılmasına gətirib çıxaracaqdır”.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı zamanı Azərbaycan xalqını yaxından maraqlandıran bəyanatlar səsləndirib:

“Qarabağda və Şərqi Zəngəzurla bağlı açıqlamalarından belə nəyi gözləməli olduğumuz barədə ipuclarını görmək olar. Heç şübhəsiz, bu gün Azərbaycan-Ermənistan münasibətlərində yaxın gələcəkdə regionun taleyinə ciddi təsir edə biləcək hadisələrin olmasını gözləmirik. Çünki yekun sülh müqaviləsinin imzalanması 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərindən sonraya qalıb, Zəngəzur dəhlizinin açılması da tezliklə baş verməyəcək.


Əlimusa İbrahimov

Məhz ona görə də Prezidentin müjdəsini verdiyi verdiyi “yaxşı xəbərlər” sırf Azərbaycanla bağlıdır. Bu xəbər ölkəmizin ictimai həyatında müstəsna rol oynayacaq və xalqımızın maddi rifahının daha da yüksəldilməsində ciddi amilə çevriləcək.  O cümlədən, dövlətimizin regional və beynəlxalq nüfuzunun daha da artmasına şərait yaradacaq”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Noyabr 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri