Icma.az
close
up
RU
“Prezidentə alternativ görünmək istəsələr də, seçicilər onlara dəstək vermir” ŞƏRH OLUNDU

“Prezidentə alternativ görünmək istəsələr də, seçicilər onlara dəstək vermir” ŞƏRH OLUNDU

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanda xalq-iqtidar birliyi güclüdür. Bu güc cənab Prezidentin seçkilərdə yüksək faizlə qalib gəlməsi, aparılan rəy sorğularında Onun rəy reytinqinin yüksək olması, ölkə başçısının siyasi kursunun cəmiyyət tərəfindən birmənalı şəkildə dəstəklənməsidir. Təsadüfi deyil ki, müxalif qüvvələr nə qədər cənab Prezidentə alternativ görünmək istəsələr də, seçicilər onlara dəstək vermirlər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, xaricdən ölkəmizə cənab Prezidentin apardığı siyasətə təsir etmək cəhdləri tez-tez olur: “Ancaq Azərbaycan dövləti Prezidentin simasında və cəmiyyətin Prezidenti dəstəkləməsi fövqündə bu təzyiqlərə hər zaman sinə gəlir. Biz Azərbaycanın apardığı siyasətin qalib gəldiyini görürük. Düzdür, Azərbaycan cəmiyyətində 5-ci kalon yaratmaq, Azərbaycanda xaricdən müəyyən dairələrin maraqlarını həyata keçirmək istəyənlər də olur. Çox təəssüf ki, yüksək vəzifədə işləyib, çıxdıqdan sonra iqtidara qarşı mübarizə aparanlara da rast gəlinir. Ancaq onların cəmiyyətdə dəstəyi yoxdur. Cəmiyyət Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycanın müstəqilliyinin qoruyub saxladığının şahidi oldu. Cəmiyyət Prezident cənab İlham Əliyevin apardığı daxili-xarici siyasətin uğurunu hər dəfə həm ölkə səviyyəsində, həm də hər kəs öz həyatında hiss edir. Kiminsə cənab Prezidentə, Azərbaycan iqtidarının apardığı siyasətə alternativ yaratmaq istəməsi məğlubiyyətə düçardır.

Son baş verən hadisələr də bir daha göstərir ki, dövlətimiz ilk növbədə xalqın öz Prezidentinə olan sevgisi, dəstəyi ilə güclüdür və bu dəstək hər zaman olacaq. Cənab Prezidentə alternativ olmaq istəyən, Azərbaycanı getdiyi müstəqillik yolundan çəkindərmək istəyərsə, özünün şəxsi maraqlarını milli maraqlarımıza zidd olaraq həyata keçirmək istəyəcəksə, onlar məğlub olacaqlar. Onlar cəmiyyətin dəstəyini qazanmayacaq, onların yanında cəmiyyətin ziyalıları, iş adamları, sadə vətəndaşlar olmayacaq. Çünki 1993-cü il 15 iyuna qədər olan tariximiz göstərdi ki, Azərbaycan yalnız düşünülmüş, milli maraqlara cavab verən siyasətlə güclüdür. Bu güc bu gün də cəmiyyətin iqtidara göstərdiyi dəstəkdə özünü büruzə verir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Oktyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see359

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see219

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see167

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see165

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see160

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see160

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see150

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see145

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see142

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see142

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see141

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see141

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri