Prezidentə gələn TƏBRİKLƏR...
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Əfqanıstan İslam Əmirliyinin Baş naziri Əl-Hac Molla Məhəmməd Həsən Axund Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"Allahın salamı, rəhməti və bərəkəti üzərinizdə olsun!
28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Əfqanıstan İslam Əmirliyi ilə Azərbaycan Respublikası arasında münasibətlər qarşılıqlı hörmətə, xoş niyyətə və dostluq əlaqələrinə əsaslanır. Əfqanıstan İslam Əmirliyi bu münasibətlərin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsinə və genişləndirilməsinə böyük önəm verir.
Şübhəsiz ki, sıx əməkdaşlıq regional sabitliyin və rifahın təmin olunmasında, həmçinin hər iki ölkənin iqtisadi inkişafında mühüm rol oynaya bilər.
Fürsətdən istifadə edərək Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə davamlı sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".
Bizim.Media
Baxış sayı:106
Bu xəbər 02 İyun 2026 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















