Icma.az
close
up
RU
Prezidentin anons etdiyi dəyişiklik Müəllimlər buna hazır olmalıdır

Prezidentin anons etdiyi dəyişiklik Müəllimlər buna hazır olmalıdır

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rəqəmsal transformasiya ilə bağlı keçirilən son müşavirədə dövlət başçısı məktəblilərin rəqəmsal biliklərə erkən yaşlardan yiyələnməsinin əhəmiyyətini ön plana çəkib. O bildirib ki, bu məqsədlə tədris proqramlarının yenilənməsi qaçılmazdır və dəyişikliklər şagirdlərdə müasir texnoloji bacarıqların formalaşdırılmasına yönəlməlidir. Vurğulanıb ki, təhsil sistemində rəqəmsal istiqamətə daha sistemli yanaşma gələcəkdə texnologiya sahəsində peşəkar mütəxəssislərə olan tələbatın ödənilməsinə zəmin yaradacaq.
Məsələ ilə bağlı təhsil eksperti Şəmsi Qoca Demokrat.az-a bildirib ki, ölkə rəhbərinin orta məktəblərdə rəqəmsallaşma ilə bağlı verdiyi tapşırıqlar təhsil sistemimiz üçün sadəcə texnoloji yenilənmə deyil, həm də ciddi bir fəaliyyət anonsudur:
"Cənab Prezidentin qeyd etdiyi kimi, müasir dünyada gənc nəsil texnologiyaları sadəcə istehlak edən tərəf deyil, onu yaradan və idarə edən qüvvə olmalıdır. Lakin bu hədəfə çatmaq üçün təhsildə kəmiyyət göstəricilərindən və "hesabat naminə" görülən işlərdən real, praktiki nəticələrə keçid edilməlidir. Bu gün bir çox məktəbdə rast gəlinən, daha çox vizual görüntü yaratmağa xidmət edən yanaşmalar artıq özünü doğrultmur. Həqiqi rəqəmsallaşma ibtidai siniflərdən etibarən şagirdlərdə alqoritmik düşüncə tərzinin formalaşdırılması ilə başlamalıdır. Bu, uşağın problemi texnoloji alətlərlə həll etmək bacarığı deməkdir.
Ekspert bildirib ki, mövcud "İnformatika" və "STEAM" dərsləri imitasiya xarakterli layihələrdən təmizlənməli, şagirdlərə praktiki kodlaşdırma, süni intellektin iş prinsipləri və kibertəhlükəsizlik kimi fundamentlər aşılanmalıdır:
"Texnologiya təkcə "oyuncaq" və ya "maket" səviyyəsində qalmamalı, real həyat problemlərinin həllinə yönəlməlidir. Bu prosesdə əsas yük təhsil idarəçilərinin və müəllimlərin üzərinə düşür. Müasir dövrün tələbi odur ki, tədris proqramları kağız üzərində qalmamalı, laboratoriyalar və texnoloji mərkəzlər canlı işlək mexanizmə çevrilməlidir. Müəllimlərin rəqəmsal səriştəsi elə bir səviyyəyə çatdırılmalıdır ki, onlar şagirdə rəqəmsal dünyada həm bələdçilik edə bilsin, həm də onlarda yaradıcı təfəkkürü stimullaşdırsın. Yalnız bu halda Azərbaycan məktəblisi qlobal rəqabətdə öz sözünü deyə bilər və ölkəmiz üçün real rəqəmsal iqtisadiyyatın təməli qoyular".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Fevral 2026 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri