Prezidentin basketbol meydançasında çətin anları Video
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa Dəməşqdə yenidən istifadəyə verilən Əl-Fayha İdman Kompleksinin açılışında maraqlı anlarla yadda qalıb.
“Qafqazinfo” xəbər verir ki, kompleksin yenidən açılışı Suriya və Livan milli basketbol komandaları arasında keçirilən yoldaşlıq oyunu ilə qeyd olunub.
Tədbir çərçivəsində hər iki komandanın təqdimatı baş tutub və stadionun yenilənmiş infrastrukturu ictimaiyyətə nümayiş etdirilib.
Açılış mərasimində Prezident Əhməd əl-Şaraa simvolik olaraq basketbol meydançasına çıxaraq, ilk atışı yerinə yetirməyə cəhd edib. Lakin o, ardıcıl dörd sərbəst atışı səbətə sala bilməyib. Şaraa topu səbətə sala bilmək üçün ona xeyli yaxınlaşmalı olub.
Son cəhddən sonra Prezident zarafatla topu yerə ataraq tədbirdəki iştirakçıları güldürüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 21 Aprel 2026 06:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















