Icma.az
close
up
RU
Prezidentin Birləşmiş Ərəb Əmirlikləri səfəri: Azərbaycanın uğurlu strategiyası

Prezidentin Birləşmiş Ərəb Əmirlikləri səfəri: Azərbaycanın uğurlu strategiyası

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Fevralın 2-də Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfər edib. Səfər çərçivəsində bir çox görüşlər keçirilib, müqavilə imzalanıb.

Millət vəkilləri “Xalq Cəbhəsi”nə Prezidentin BƏƏ-yə səfərinin Azərbaycan üçün əhəmiyyətindən, həmçinin Azərbaycan-BƏƏ əlaqələrinin inkişafına təsirindən danışıblar.

Milli Məclis Sədrinin müavini Musa Qasımlı bildirib ki, Prezident Cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Əbu-Dabidə Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü, müzakirə edilən məsələlər və onların iştirakı ilə imzalanan sənədlər ölkələrimizin arasında münasibətlərin dərinləşdiyini göstərir.

Onun fikrincə, ilk növbədə, münasibətlərin dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərləri və dostluq münasibətləri özünəməxsus rol oynayır: “Bu səfər dövlətlərarası münasibətlərdə şəxsiyyət amilinin mühüm yer tutduğunu bir daha sübut edir. İkincisi, iki ölkə arasında münasibətlərin müqavilə-hüquq bazası yaradılıb. Strateji tərəfdaşlığa əsaslanan münasibətlərin siyasi, iqtisadi, enerji, o cümlədən bərpaolunan enerji, mədəniyyət, humanitar və digər istiqamətlərdə inkişafı qarşılıqlı fayda verir. Birləçmiş Ərəb Əmirlikləri bərpaolunan enerji sahəsində ölkəmizdə böyük işlər görür”.

“İki ölkə münasibətlərinin müqavilə-hüquq bazası yaradılıb”

O əlavə edib ki, üçüncüsü, Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışına dair alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubunun imzalanması əməkdaşlığın perspektivlərindən xəbər verir, münasibətlərimizin maddi təməllərini möhkəmləndirilir: “Dördüncüsü, Bakı ilə Əbu-Dabi arasında qardaşlaşmış şəhərlər münasibətlərinin qurulmasına dair məsələlərin müzakirə edilməsi, nəzərdə tutulanların yaxın vaxtlarda gerçəkləşdirilməsi ictimaiyyətin əlaqələrinin və turizmin daha da genişləndirilməsinə imkan verəcəkdir. Nəhayət, Əbu-Dabidə Azərbaycan Respublikası və BƏƏ Silahlı qüvvələri arasında keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimi münasibətlərin müdafiə və təhlükəsizlik sahələrində də dərinləşdirildiyini göstərir”.

“Münasibətlər yüksək səviyyədədir”

Milli Məclisin deputatı Tural Gəncəliyev deyib ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin BƏƏ-yə səfəri ərzində həm bu ölkənin Prezidenti, həm də orada digər şəxslər, şirkətlər arasında keçirilən görüşlərdə Azərbaycan və BƏƏ arasında artıq mövcud olan münasibətlərin daha da irəli aparılması imkanları gündəmdədir: “Azərbaycan üçün BƏƏ çox mühüm bir ölkədir. Bizim son zamanlar münasibətlərimiz yüksək statusda qurulub. BƏƏ Fars körfəzinə çıxışı olan və dünyanın əsas ticarət arteriyası olan Hörmüz boğazının düz yaxınlığında çox strateji bir coğrafiyada yerləşir. Azərbaycan BƏƏ vasitəsilə bir növ dünya ticarət arteriyasına çıxış əldə edir. Eyni zamanda, böyük maliyyə kapitalı, iqtisadi potensialı olan BƏƏ çox mühüm strateji dost kimi Azəbaycanın dünyada mövqeyini gücləndirir, cənab Prezidentin liderliyini bir daha bütün dünyaya bəyan edir. Böyük Avrasiya regionunda söz sahibi olan Azərbaycanla dostluq isə BƏƏ üçün də bizim coğrafiyaya çıxış deməkdir”.

Önəmli və əhəmiyyətli əməkdaşlıq

Deputat bildirib ki, xüsusilə də Orta Dəhliz və dünyanın digər mühüm bir quru ticarət arteriyası transport xəttinin keçdiyi Orta Dəhlizə çıxış deməkdir: “Yəni Azərbaycan və BƏƏ arasında həqiqətən də çox yüksək səviyyədə olan münasibətlər, həmçinin iki ənənəvi neft-qaz ixracatçısı ölkənin digər sferalarda da - alternativ enerji mənbələri, süni intellekt, kibertəhlükəsizlik və Yaxın Şərqdə, ümumən, Cənubi Qafqaz-Xəzər hövzəsi-Böyük Avrasiyada təhlükəsizlik məsələlərini də müzakirə etməyə imkan verir. Yəni coğrafiyasına və əhali sayına görə böyük olmayan iki ölkənin, ancaq böyük siyasi potensialı və öz siyasi proyeksiyası olan ölkələrin əməkdaşlığı həqiqətən də çox önəmli və əhəmiyyətli əməkdaşlıqdır”.

“Əlaqələr son onillikdə xüsusilə intensivləşib”

Milli Məclisin deputatı Naqif Həmzəyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə səfərləri son illərdə iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm rol oynayır: “Bu yüksəksəviyyəli görüşlər regionda artan nüfuza malik olan bu iki dövlət arasında iqtisadi, siyasi və mədəni əlaqələrin dərinləşməsinə güclü təkan verir. Azərbaycan və BƏƏ arasında əlaqələr son onillikdə xüsusilə intensivləşib. Hər iki ölkə enerji sektorunda aparıcı mövqelərə malik olmaqla yanaşı, regional və beynəlxalq məsələlərdə konstruktiv əməkdaşlığa üstünlük verir. Prezident səfərləri çərçivəsində imzalanan sazişlər və memorandumlar ikitərəfli münasibətlərin hüquqi bazasını genişləndirir, investisiya və ticarət əlaqələrinin inkişafı üçün əlverişli şərait yaradır. Azərbaycan Prezidenti İlham Əliyevə BƏƏ tərəfindən sülhə verdiyi töhfəyə görə yüksək mükafat təqdim edilib. Bu mükafat dövlət başçısının regionda uzunmüddətli sülhün və sabitliyin bərqərar edilməsi istiqamətində göstərdiyi diplomatik səylərin, konstruktiv yanaşmanın və sülhsevər siyasətin beynəlxalq tanınmasıdır”.

Qarşılıqlı hörmət və etimad, strateji tərəfdaşlığın simvolik ifadəsi

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal altında olan torpaqların azad edilməsi və müharibə sonrası dövrdə regional sülhün təmin edilməsi istiqamətində atdığı addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir: “Mükafat xüsusilə Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün, əməkdaşlığın və regional inteqrasiyanın təşviqi sahəsindəki çoxtərəfli səylərini əks etdirir. Müharibə sonrası bərpa və yenidənqurma işləri, humanitar yardım göstərilməsi, minalardan təmizləmə əməliyyatları, insan hüquqlarının müdafiəsi və qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər də sülhə verdiyi töhfənin tərkib hissələridir. Prezident İlham Əliyevin regionda çoxtərəfli dialoqun, iqtisadi əməkdaşlığın və nəqliyyat-kommunikasiya layihələrinin inkişafı yönündə irəli sürdüyü təşəbbüslər də mükafatın əsaslandırılmasında mühüm rol oynayır. BƏƏ rəhbərliyi Azərbaycan Prezidentinin beynəlxalq normalar və prinsiplər çərçivəsində münaqişələrin sülh yolu ilə həlli, regional əməkdaşlığın dərinləşdirilməsi və çoxtərəfliliyin təşviqi sahəsindəki fəaliyyətini xüsusi vurğulayır. Bu mükafat, eyni zamanda, iki ölkə arasında mövcud olan qarşılıqlı hörmət və etimadın, həmçinin ümumi dəyərlər əsasında qurulmuş strateji tərəfdaşlığın simvolik ifadəsidir”.

“Bunlar Azərbaycanın iqtisadi diversifikasiya məqsədlərinə xidmət edir”

N.Həmzəyev bildirib ki, enerji sektoru ənənəvi olaraq Azərbaycan-BƏƏ əlaqələrinin əsasını təşkil edir: “BƏƏ şirkətləri Azərbaycanda neft-qaz layihələrinə, eləcə də alternativ enerji sahəsinə maraq göstərir. Azərbaycan isə qeyri-neft sektorunun inkişafı strategiyası çərçivəsində əmiratlı tərəfdaşların turizm, daşınmaz əmlak, texnologiya və maliyyə sahələrində təcrübəsindən yararlanmağa çalışır. Prezident səfərləri zamanı müzakirə olunan investisiya layihələri Azərbaycanın iqtisadi diversifikasiya məqsədlərinə xidmət edir. BƏƏ-nin innovativ texnologiyalar və rəqəmsal transformasiya sahəsindəki uğurları Azərbaycan üçün mühüm təcrübə mənbəyidir. İki ölkə arasında texnologiya transferi, birgə innovasiya mərkəzlərinin yaradılması və kadr hazırlığı istiqamətində əməkdaşlıq perspektivləri geniş imkanlara malikdir. Təhsil sahəsində tələbə mübadiləsi proqramları və birgə tədqiqat layihələri də diqqət mərkəzindədir”.

Azərbaycanın çoxtərəfli xarici siyasət strategiyasının uğurlu nümunəsi

O həmçinin əlavə edib ki, Azərbaycan və BƏƏ arasında mədəni yaxınlıq ikitərəfli münasibətlərin möhkəmlənməsində əlavə üstünlük yaradır: “Turizm sektorunda əməkdaşlıq, mədəni tədbirlərin keçirilməsi və xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsi hər iki ölkənin maraqlarına cavab verir. Dubayda yaşayan azərbaycanlı icma da əlaqələrin inkişafında körpü rolu oynayır. Qafqaz və Xəzəryanı regionda sabitliyin təmin edilməsi, tranzit və nəqliyyat dəhlizlərinin inkişafı sahəsində Azərbaycan və BƏƏ ümumi maraqlar daşıyır. BƏƏ-nin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyi ikitərəfli münasibətlərin siyasi təməlini möhkəmləndirir. Regional layihələrdə əməkdaşlıq potensialı hər iki ölkəyə beynəlxalq arenada mövqelərini gücləndirmək imkanı verir. Prezident İlham Əliyevin BƏƏ-yə səfərləri Azərbaycanın çoxtərəfli xarici siyasət strategiyasının uğurlu nümunəsidir. Sülh mükafatının təqdimi isə bu səfərlərin və ümumiyyətlə, dövlət başçısının beynəlxalq fəaliyyətinin əhəmiyyətini daha da artırır. Bu səfərlər nəticəsində əldə edilən razılaşmalar praktiki əməkdaşlığın genişlənməsinə, investisiya axınının artmasına və iqtisadi inteqrasiyanın dərinləşməsinə töhfə verir. İki ölkə arasında münasibətlərin dinamik inkişafı regional və qlobal proseslərdə konstruktiv əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırır və qarşılıqlı faydalı tərəfdaşlığın gələcək perspektivlərini açır”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Fevral 2026 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see239

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see223

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see223

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see219

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see216

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see177

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see171

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see158

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see156

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see155

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see147

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see145

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri