Icma.az
close
up
RU
Prezidentin gəlini Buxara karvansarasının açılışında Fotolar

Prezidentin gəlini Buxara karvansarasının açılışında Fotolar

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

İçərişəhərdə XV əsrə aid ölkə əhəmiyyətli abidə - Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra təntənəli açılışı və burada fəaliyyət göstərəcək “BuxarArt” sənət məkanının təqdimatı keçirilib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Alena Əliyeva, mədəniyyət nazirinin müavini Səadət Yusifova, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, digər şəxslər, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qədim ticarət magistralı üzərində ucaldılan və Mərkəzi asiyalı tacirlərin sığınacağına çevrilən bu möhtəşəm tikili Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilən genişmiqyaslı layihə çərçivəsində hazırda öz əvvəlki əzəmətinə qovuşub. Bərpa prosesi abidənin həm memarlıq, həm də mühəndislik xüsusiyyətlərinin qorunması prinsipi ilə aparılıb.

Tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, həyata keçirilən bərpa işləri tarixi irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, yeni yaradılan “BuxarArt” sənət məkanı İçərişəhərin mədəni həyatına töhfə verəcək.

Bərpaçı Erich Pumer çıxışında Buxara karvansarasının əsaslı təmiri və möhkəmləndirilməsi prosesinin böyük həssaslıqla həyata keçirildiyini deyib: “Görülən işlər zamanı abidənin orijinal memarlıq üslubunun və tarixi xüsusiyyətlərinin qorunması əsas prioritet olub. Eyni zamanda, tikilinin uzunömürlü olması üçün müasir mühəndislik həlləri də tətbiq edilib”.

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov vurğulayıb ki, bu məkan tarixən müxtəlif bölgələrdən gələn insanların görüşdüyü, yeni ticarət əlaqələrinin qurulduğu və xalqlar arasında münasibətlərin möhkəmləndiyi bir mərkəz kimi fəaliyyət göstərib. O bildirib ki, Buxara karvansarasının tarixi Özbəkistan və Azərbaycan xalqları arasında əsrlərə söykənən əlaqələrlə birbaşa bağlıdır.

Diplomat qeyd edib ki, tarixən Mərkəzi Asiyadan olan tacirlər Böyük İpək Yolu vasitəsilə regionlar arasında fəal şəkildə səyahət ediblər. Bakı isə bu marşrut üzərində mühüm ticarət və mədəniyyət mərkəzlərindən biri olub.

Daha sonra qonaqlar abidənin yenilənmiş siması ilə yaxından tanış olublar.

Bərpa və konservasiya işləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə bu sahədə beynəlxalq təcrübəyə malik Avstriyanın məşhur “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən 3,5 il ərzində aparılıb. Qədim abidənin identikliyinin qorunması məqsədilə bərpa işləri zamanı orijinal hörgü üsullarına və autentik materiallardan istifadəyə, həmçinin tarixi obyektin memarlıq detallarına və konstruktiv xüsusiyyətlərinə xüsusi diqqət yetirilib. Abidənin tarixi görünüşünə xələl gətirməyən ən müasir texnologiyalardan və materiallardan istifadə olunub. Karvansaranın divarları sonradan əlavə edilmiş yad qatlardan təmizlənib, daşların konservasiyası aparılaraq binanın orijinal statik vəziyyəti bərpa edilib.

Yeni konsepsiyaya əsasən Buxara karvansarası yerli sənətkarların fəaliyyət göstərdiyi funksional və yaradıcı məkana transformasiya olunub. Karvansaranın daxilində ümumilikdə 18 otaq yerləşir ki, onların hər biri müxtəlif sənət sahələrini təmsil edən sənətkarların istifadəsinə verilib. Hər bir otaqda fəaliyyət göstərəcək sənətkarlar gündəlik olaraq öz əl işlərini hazırlayıb nümayiş etdirəcək, eyni zamanda həmin məhsulların satışını həyata keçirəcəklər.

Bununla yanaşı, “BuxarArt” yerli və xarici ziyarətçilər üçün interaktiv sənət məkanı kimi fəaliyyət göstərəcək. Sənətkarlar qonaqlar üçün müxtəlif ustad dərsləri təşkil edərək Azərbaycan xalq sənətinin incəliklərini praktiki şəkildə nümayiş etdirəcəklər. Burada toxuculuq, heykəltaraşlıq, dəriçilik, rəssamlıq, xalçaçılıq, dəmir döymə, miniatür sənəti, bədii keramika, ebru sənəti, keçəçilik və taxtaoyma kimi ənənəvi sənət sahələri təmsil olunur.

Buxara karvansarasının fəaliyyətə başlaması milli sənətkarlıq ənənələrinin qorunması, sənətkarların yaradıcılıq imkanlarının genişləndirilməsi və Azərbaycanın zəngin mədəni irsinin həm yerli, həm də xarici qonaqlara daha yaxından təqdim edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. “BuxarArt” özünəməxsus memarlıq üslubu və mistik atmosferi ilə həm yerli sakinlər, həm də paytaxtımızın qonaqları üçün ən cəlbedici mədəniyyət ocaqlarından birinə çevriləcək.























Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Mart 2026 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri