Prezidentin gənclər siyasəti: “Təkcə bu günə deyil, gələcək inkişafa hesablanıb”
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
“Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi, əbədi olsun”.
Bu sözləri Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib. Dövlətimizin başçısı vurğulayıb ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır:
“Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var”.
Qeyd edək ki, Azərbaycan dövlətinin gəncləri sağlam ruhda, vətənpərvərlik, milli-mənəvi dəyərlər və fiziki-mənəvi hazırlıq prinsipləri əsasında yetişdirmə siyasəti uzunmüddətli strateji hədəflərə söykənir. Bu siyasət yalnız gənc nəslin düzgün formalaşmasını deyil, həm də dövlətin təhlükəsizliyi və gələcək inkişafı üçün möhkəm bünövrənin qurulmasını təmin edir.
Gənclər siyasətinin əsas istiqamətlərindən biri onların vətənpərvər ruhda yetişdirilməsidir. Bu yanaşmanın ən parlaq nəticəsi 2020-ci ildəki 44 günlük Vətən müharibəsində özünü göstərdi. Azərbaycan gəncləri həm ön, həm də arxa cəbhədə böyük fəallıq göstərərək ordumuzun gücünü artırdılar.
Döyüşən əsgərlər sağlam ruhda yetişdirilmiş gənclər idi. Onlar təkcə silahla deyil, ruh yüksəkliyi ilə də düşmənə qarşı vuruşurdular. Bu, döyüş ruhunu, qələbə əzmini və birlik hissini gücləndirdi. Nəticədə, cəmi 44 gün ərzində 30 ildir işğal altında olan torpaqlarımızı azad etdik.
Politoloq Tural İsmayılov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin gənclərin sağlam və vətənpərvər ruhda tərbiyəsini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirməsi təsadüfi deyil və bu yanaşma strateji xarakter daşıyır:
“Burada söhbət təkcə fiziki hazırlıqdan və ya ideoloji çağırışlardan getmir. Məsələ cəmiyyətin daxili dayanıqlığını təmin edən, milli iradəni formalaşdıran uzunmüddətli düşünülmüş bir xəttdən gedir. Dövlətin gələcəyi məhz sağlam düşüncəli, mənəvi dəyərlərə bağlı, Vətən anlayışını şəxsi maraqlardan üstün tutan gənclərin üzərində qurula bilər.
Prezidentin vurğuladığı kimi, əsas amillərdən biri cəmiyyətdə mövcud olan ab-havadır. Azərbaycan cəmiyyətində son illərdə formalaşan həmrəylik və vətənpərvərlik mühiti süni şəkildə yaradılmayıb.
Bu, ardıcıl dövlət siyasətinin, düzgün ideoloji istiqamətin və milli maraqlara söykənən idarəetmənin nəticəsidir. Xüsusilə gənclər arasında Vətən sevgisinin güclənməsi, dövlət rəmzlərinə, tarixə və milli kimliyə hörmətin artması təsadüf deyil”.
Ekspert diqqətə çatdırıb ki, bu siyasətin real nəticəsi 44 günlük Qarabağ müharibəsi zamanı açıq şəkildə özünü göstərdi: “Cəmiyyətin bütün təbəqələri, xüsusilə gənclər vahid məqsəd ətrafında yumruq kimi birləşdi. Ordu ilə xalq arasında sarsılmaz bir bağ yarandı. Döyüş meydanında qazanılan qələbənin arxasında təkcə hərbi texnika və taktika deyil, mənəvi üstünlük, milli ruh və Vətən naminə fədakarlıq dayanırdı.
İdmanın bu prosesdə rolu ayrıca qeyd olunmalıdır. Fiziki cəhətdən sağlam, psixoloji baxımdan möhkəm gənclik milli təhlükəsizliyin mühüm tərkib hissəsidir.
Mənəvi saflıqla fiziki hazırlığın vəhdəti isə güclü dövlətin əsas şərtidir. Prezident İlham Əliyevin bu konseptual yanaşması göstərir ki, Azərbaycanın inkişafı təkcə bu günə deyil, gələcək nəsillərin düşüncəsinə hesablanıb və məhz buna görə də bu inkişaf davamlı və əbədi xarakter daşıyır”.
Elmir Mustafa
“Cebheinfo.az”
Açar sözlər: Prezident İlham Əliyev idman gənclər
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 26 Dekabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















