Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Prezidentin haqqında Sərəncam imzaladığı Asəf Hacıyev kimdir? MARAQLI MƏLUMATLAR

Prezidentin haqqında Sərəncam imzaladığı Asəf Hacıyev kimdir? MARAQLI MƏLUMATLAR

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Asəf Hacıyevi "Şöhrət" ordeni ilə təltif edib.

"Yeni Sabah" Asəf Hacıyevin dosyesini oxucularına təqdim edir:

Asəf Hacıyev 1951-ci il mayın 29-da Gəncə şəhərində anadan olub. Elmə olan böyük marağı onu SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarından birinə aparıb. O, 1973-cü ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini uğurla bitirib. Elmi fəaliyyətini davam etdirərək, 1979-cu ildə eləcə də MDU-da namizədlik dissertasiyasını müdafiə edib riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Alim 1993-cü ildə isə N. Bauman adına Moskva Dövlət Texniki Universitetində elmlər doktoru dissertasiyasını uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. Fizika-riyaziyyat elmləri doktoru, professor olan Asəf Hacıyev 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, yəni akademikidir. Toyuqlu pizza

Akademik Asəf Hacıyev təkcə Azərbaycanda deyil, dünya elmi elitasında tanınan və qəbul edilən simalardandır. O, aparıcı beynəlxalq nəşriyyatlarda çap olunmuş 4 kitabın və 150-dən çox elmi məqalənin müəllifidir. Eyni zamanda, elmi dünyasında böyük nüfuza malik "Springer" nəşriyyatında işıq üzü görmüş 10 kitabın redaktorudur. İngilis, rus və türk dillərində sərbəst danışan alim Ümumdünya Elmlər Akademiyasının, Moldova Elmlər Akademiyasının, Monqolustan Milli Elmlər Akademiyasının üzvü və Çinin Chenqdu Universitetinin Fəxri professorudur.

Hələ 1980-ci ildə Elm və Texnika sahəsində Azərbaycan Lenin komsomolu mükafatına layiq görülən Asəf Hacıyev, 1988-ci ildən Bernulli adına Ümumdünya Riyazi Statistika və Ehtimal Cəmiyyətinin üzvüdür. O, 2005-ci ildə Beynəlxalq Statistika İnstitutunun üzvü seçilmişdir. Akademik 1979-cu ildən Azərbaycan EA-nın Kibernetika (hazırki İdarəetmə Sistemləri) İnstitutunda çalışır və 1996-cı ildən orada şöbə müdiri vəzifəsini icra edir.

Dünyanın ən reytinqli universitetlərinin, o cümlədən ABŞ-ın Berkli, C. Vaşinqton, Cənubi Kaliforniya, Linkoln universitetlərinin, İsveçin Kral Texnologiya İnstitutu, Stokholm və Çalmers universitetlərinin, Almaniyanın Münhen və Humbolt universitetlərinin, Portuqaliyanın Lisbon və Nova universitetlərinin, Çinin Çenqdu və Honq-Konq City universitetlərinin, həmçinin Türkiyənin Boğaziçi, Ortadoğu (ODTÜ) və Koç universitetlərinin dəvəti ilə həmin təhsil ocaqlarında mühazirələr oxumuş və birgə elmi araşdırmalar aparıb. Alim 2001-2015-ci illərdə Bakı Dövlət Universitetinin ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri olub, 2019-cu ildən isə BDU-nun Himayəçilər Şurasının üzvüdür. Onun rəhbərliyi altında 4 elmlər doktoru və 8 fəlsəfə doktoru yetişib.

Akademik Asəf Hacıyevin ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsindəki fundamental kəşfləri yüksək praktiki tətbiqi ilə fərqlənir. Onun rəhbərliyi ilə mürəkkəb strukturlu kütləvi xidmət sistemləri üçün yeni idarəetmə nəzəriyyəsi yaradılıb. Təklif olunan optimal idarəetmə funksiyaları nəqliyyat məsələlərində, kompüter şəbəkələrində və rabitə sistemlərində tətbiq olunaraq xidmət müddətini və gözləmə vaxtını minimuma endirməyə imkan verir. Bununla yanaşı, alimin yaratdığı universal regressiya metodu tibb, biologiya, geologiya və digər sahələrdə qeyri-dəqiq verilənlərin statistik analizini aparmağa və ən optimal qərarların qəbul edilməsinə kömək edir.

Gündəlik həyatımızda hər kəsin istifadə etdiyi ən maraqlı elmi nailiyyətlərindən biri isə kompüter klaviaturası ilə bağlıdır. Belə ki, Asəf Hacıyev müxtəlif əlifbaların hərflərinin kompüter klaviaturunda optimal düzülüşü üçün yeni statistik yanaşma irəli sürüb və Azərbaycan hərflərinin klaviaturada optimal düzülüşünü təklif edib. Bu yeni düzülüş əvvəlki sistemlərlə müqayisədə əllərə düşən fiziki yükü və mətnlərin yığım vaxtını əhəmiyyətli dərəcədə azaldır. Təklif olunan bu sistem rəsmi olaraq "Microsoft" şirkəti tərəfindən qəbul edilərək Windows 8.2 və daha sonra buraxılan bütün Windows əməliyyat sistemlərinə standart olaraq daxil edilib.

Asəf Hacıyev elmi fəaliyyəti ilə yanaşı, Azərbaycanın dövlət maraqlarını beynəlxalq arenalarda uğurla müdafiə edən diplomat və siyasətçidir. O, 1996–2014-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Elm və təhsil məsələləri komitəsinin fəal üzvü olub. Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri kimi fəaliyyət göstərən alim, 2006–2008 və 2011–2013-cü illərdə QDİƏT PA-nın vitse-prezidenti vəzifəsinə seçilib.

Göstərdiyi yüksək idarəçilik və diplomatik bacarığı sayəsində Asəf Hacıyev 2015-ci ildə rəsmi olaraq QDİƏT PA-nın baş katibi vəzifəsinə seçilib. Uğurlu fəaliyyətinin nəticəsi olaraq, o, 2020-ci ildə təkrarən növbəti 5 il müddətinə yenidən təşkilatın baş katibi postuna gətirilib. Partiya fəallığı ilə də seçilən akademik, 2008-ci ildən Yeni Azərbaycan Partiyasının (YAP), 2010-cu ildən isə YAP Siyasi Şurasının üzvüdür.

Evlidir, 3 övladı var.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 May 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see318

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see316

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see303

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see297

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see296

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see292

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see291

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see283

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see283

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see258

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see257

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see254

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see253

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see248

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see247

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see243

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see242

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see239

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri