Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi çağırış edib
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev dünya ölkələri və təşkilatlarını Qlobal Cənubu dəstəkləməyə çağırıb. SİA xəbər verir ki, o, bununla bağlı aprelin 28-də Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransında çıxışında bildirib.
"Qlobal Cənub QHT Platformasına üzv təşkilatları və digər ölkələri birliyə çağırıram. Çünki deyilən hər fikir və ideya bu dəqiqə bizim üçün böyük önəm daşıyır", - M.Babayev qeyd edib.
Prezidentin nümayəndəsi xatırladıb ki, COP29 dövründə əsas məqsədlərdən biri dəstəyə ehtiyacı olan ölkələrə maliyyə proqramının razılaşdırılması idi:
"Bu dövrdə iqlim dəyişiklikləri çağırışlarında QHT-lər, yerli təşkilatlar, gənclər təşkilatları bizimlə birgə oldular. İqlim təşəbbüsləri ətrafında hər kəs toplaşdı. Ən önəmlisi budur ki, biz onların dəstəyini hiss etdik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 28 Aprel 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















