Icma.az
close
up
RU
Prezidentin İsrailFələstin məsələsi ilə bağlı dedikləri xüsusi diqqət çəkir

Prezidentin İsrailFələstin məsələsi ilə bağlı dedikləri xüsusi diqqət çəkir

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşüb. Dövlət başçısının İsrail-Fələstin məsələsi ilə bağlı dedikləri xüsusi diqqət çəkir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: "Azərbaycan Prezidenti İsrail-Fələstin məsələsində mövqeyimizin dəyişməz qaldığını söyləyib. “Biz iki dövlətin yaranmasının, yəni mövcudluğunun həmişə tərəfdarı olmuşuq. Müstəqil Fələstin dövlətinin yaranması bu münaqişəyə son qoyacaq. Hesab edirəm ki, bunu hər kəs başa düşməlidir”.

Azərbaycan prinsip etibarilə həm islam ölkələri arasında, həm də bir çox ölkə ilə müqayisədə İsrail-Fələstin məsələsində (1948-də başlayıb – red.) ən konstruktiv mövqeyə malik ölkədir. Bakı antisemitist siyasət yeritmir. Xüsusilə “İsrail məhv olacaq” kimi cəfəng və gülünc bəyanatlar da vermir. Əksinə İsrail ilə münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bununla belə, Azərbaycan islam dininə etiqad edən şəxslərin çoxluq təşkil etdiyi bir ölkədir. Yəni müsəlmanlar üçün həssas olan İsrail-Fələstin münaqişəsi və onun komponentləri olan Qəzza, Qüds məsələsi və müstəqil Fələstin dövlətinin yaranması kimi mövzularda islam coğrafiyasının zidd mövqe sərgiləmir.

Ümumiyyətlə, digər müsəlman ölkələri ilə müqayisədə Bakının İsrailə baxış bucağı daha konstruktivdir. Məntiqlə bu belə olmalıdır. Çünki ortada bir münaqişə varsa, onun həlli üçün tərəflərdən biri ilə diplomatik kanalları bağlı saxlamaqdansa, hər iki tərəflə bərabərhüquqlu və qarşılıqlı maraqlar nəzərə alınaraq təmas qurmaq lazımdır. Prezident qeyd edib ki, Bakı illərdir Fələstin dövlətinə dəstəyini göstərir. Həm siyasi, həm mənəvi, həm maddi dəstək davam edir. İllərdir Azərbaycanda Fələstinin səfirliyi fəaliyyət göstərir. Bu çox mühüm detaldır. Çünki bir çox müsəlman ölkəsində Fələstin səfirliyi yoxdur. Rəsmi Bakının həmçinin uzun illərdir Fələstində nümayəndəliyi var.

Azərbaycan sözügedən münaqişənin həllini İsrailin bir dövlət kimi məhvində yox, beynəlxalq hüququn prinsip və normaları əsasında razılıqda görür. Bunun üçün isə ilk növbədə Azərbaycanla Ermənistan arasında vaxtilə əldə edilən atəşkəs bənzəri bir razılığa (Bişkek protokolu) nail olmaq lazımdır. Rəsmi Bakı İsrail-Fələstin danışıqlarına ev sahibliyi edə, vasitəçilik missiyasını həyata keçirə bilər. İki tərəfi də yaxşı tanıyan, müsbət əlaqələrə malik Azərbaycanın vasitəçiliyinin uğurlu olması mümkündür".

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Yanvar 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri