Icma.az
close
up
RU
Prezidentin izi ilə Qarabağa: Dünya yeni reallıqla üz üzə

Prezidentin izi ilə Qarabağa: Dünya yeni reallıqla üz üzə

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qarabağ işğaldan azad edildikdən sonra bölgədə aparılan genişmiqyaslı yenidənqurma və abadlıq işləri, mərhələlərlə icra olunan Böyük Qayıdış proqramı Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin davamıdır. 

İşğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı işlərlə tanış olmaq üçün müxtəlif formatda həmin bölgəyə səfərlər təşkil olunub. Bu səfərlərin sırasında xüsusi əhəmiyyət kəsb edənlərdən biri də diplomatların səfərinin həyata keçirilməsidir. 

Azərbaycanda akkreditə olunmuş diplomatların dəfələrlə Qarabağ və Şərqi Zəngəzura səfərləri olub. Bu səfərlərdən növbətisi son olaraq Cəbrayıl və Zəngilan rayonlarına təşkil edilib. Mütəmadi təşkil olunan bu səfərlər mühüm əhəmiyyət kəsb edir. 

Müxtəlif vaxtlarda təşkil olunan səfərlərdə iştirakçılar yenidən qurulan Qarabağla, görülən böyük həcmli işlərlə, həyata keçirilən meqalayihələrlə tanış olmaq imkanı qazanır, Prezident İlham Əliyevin liderliyi ilə işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun 30 illik xarabalıqdan dünyanın cənnətinə necə çevrildiyinin şahidi olurlar.  

Təbii ki, bu sürətli inkişaf və dəyişiklik həm də Azərbaycanın qüdrətinin göstəricisidir. Cəbrayıl və Zəngilan rayonlarına təşkil edilən son səfərlə bağlı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” hesabındakı paylaşımında buna dolğun bir münasibət bildirib: 

“Biz diplomatik korpusun üzvləri ilə birlikdə Prezident İlham Əliyevin izi ilə gedərək Cəbrayıl və Zəngilan rayonlarına səfər edirik. Səfərimizin ilk dayanacağı Horovlu kəndidir. Ziyarət çərçivəsində əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə, həmçinin bölgədə həyata keçirilən dəmir yolu və avtomobil yolu layihələrinə yönələcək. 2020-ci il Vətən müharibəsindən bəri bu, diplomatik korpusla birlikdə azad edilmiş ərazilərə 20-ci səfərimizdir". 

5 ildə təşkil olunan 20 səfər həm Azərbaycan torpaqlarının işğal altında olduğu müddətdə erməni vandalları tərəfindən törədilən vəhşiliklərlə, ərazilərin minalanması, maddi mədəniyyət nümunələrinin, abidələrin, yaşayış məntəqələrinin yerlə yeksan edilməsi ilə bir daha tanış olurlar. Eyni zamanda, Azərbaycanın Zəfərindən ötən qısa müddət ərzində bu ərazilərdə aparılan bərpa-quruculuq işlərinin həcmi barədə praktik olaraq ətraflı məlumat əldə edilməsinə imkan yaradılır. 

Xüsusilə Ermənistanla sülh gündəliyinə uyğun olaraq ardıcıl təmasların davam etdiyi bir dövrdə Azərbaycan tərəfinin böyük maddi vəsait və insan resursu hesabına öz ərazisində işğalın ölçüyəgəlməz nəticələriin aradan qaldırmaq üçün bütün qüvvələrini necə səfərbər etdiyini müşahidə edirlər. 

İki prosesi - həm sülh danışıqlarını, həm də Böyük Qayıdışı paralel olaraq davam etdirmək ancaq Prezident İlham Əliyev kimi qətiyyətli, öz prinsiplərinə sadiq olan, ardıcıl siyasət həyata keçirən, xalqının arxasında dayanıb ona məğlubedilməz Ali Baş Komandanlıq edən bir lider bacarar. Bu qədər ağır və həyata keçirilməsi illər alan bir prosesi Azərbaycanın çox yaxın zaman içində həll edəcəyi çoxları üçün bəlkə də xəyal hesab olunurdu. 

Amma Prezidentin iradəsi ilə praktik olaraq, möcüzələr yaradılır. Başqa ölkələrin 10 illərlə həyata keçirə biləcəkləri işlərin Azərbaycanda bu qədər sürətlə həyata keçirilməsinin dünya tarixində analoqu yoxdur. Diplomatlar Qarabağa və Şərqi Zəngəzura təşkil olunan bu səfərləri zamanı görülən işlər haqqında daha geniş və praktik məlumatlar əldə edirlər. 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən bu səfərlər informasiyanın birinci mənbədən alınmasına, təhlilinə, görülən işlərin miqyası ilə tanış olub bu istiqamətdə dövlət siyasəti ilə bağlı məlumatlanmaya əsas yaradır. İnformasiyanın ilk mənbədən yerində alınması və proseslərə şahidlik etmək diplomatik korpus nümayəndələrinin həm də öz ölkələrinin rəhbərliyi və ictimaiyyətinin Azərbaycanın haqq işi ilə bağlı məlumatandırması üçün əsasdır. 

Son səfərdə xüsusilə son zamanların ən çox müzakirə olunan mövzularından birinə - Zəngəzur dəhlizinə diqqət yetirilməsi bunun nümunəsidir. Səfər çərçivəsində Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngilan Konqres Mərkəzində diplomatik korpus üçün keçirilən brifinqdə Zəngəzur dəhlizinin Avrasiyanın nəqliyyat xəritəsini dəyişmək potensialına olduğunu bildirib: 

“Biz inanırıq ki, Zəngəzur dəhlizi təkcə bizim bölgəmiz üçün deyil, həm də daha geniş Avrasiya məkanında böyük üstünlüklər yarada bilər. Bu dəhliz Avrasiyanın nəqliyyat xəritəsini dəyişmək, rifah, əməkdaşlıq və qarşılıqlı əlaqəni gücləndirmək potensialına malikdir. Bu prosesdə Cənubi Qafqaz, o cümlədən Azərbaycan xüsusi diqqət və əhəmiyyət qazanacaq”. 

Avqustun 8-də Vaşinqtonda iki ölkə arasında əldə edilən razılaşmaya uyğun olaraq işə salınacaq Zəngəzur dəhlizi hazırda dünyanın siyasi, iqtisadi, biznes dairələrinin diqqət mərkəzindədir. Azərbaycan işğala son qoyduqdan sonra Qarabağ - Şərqi Zəngəzur bölgəsində genişmiqyaslı bərpa və yenidənqurma işləri, o cümlədən nəqliyyat və əlaqələndirici infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülüb. 

Artıq bir çox layihələr yekunlaşıb, bəziləri də yekunlaşmaq üzrədir. Həyata keçirilən nəqliyyat-logistika infrastukturlarının bir çoxu hazırdır. Hikmət Hacıyevin də çıxışında qeyd etdiyi kimi Azərbaycan üçün bu əlaqələndirici xətlər – dəhlizlər, yollar və dəmir yolları – sadəcə tikinti yeri deyil, asfalt deyil, bu, sivilizasiyanın özüdür. 

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən bildirib ki, avqustda Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikasının birləşdirilməsi üzrə Vaşinqton razılaşmaları beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə kömək edəcək. Prezident qeyd edib ki, Azərbaycan ərazisində Zəngəzur dəhlizinin tikintisi tamamlanmaq üzrədir və ilkin mərhələdə onun buraxılış qabiliyyəti 15 milyon ton təşkil edəcək: 

"Bu dəmir yolu Orta Dəhlizin mühüm arteriyası olacaq. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomobil yolunun tikintisi də tamamlanmaq üzrədir". 

“Zəngəzur dəhlizi bu gün qəbul edilmiş Azərbaycan-Mərkəzi Asiya platforması çərçivəsində iqtisadi, ticarət, nəqliyyat-logistika əməkdaşlığı üçün çox yaxşı imkanlar və perspektivlər vəd edir”. Bu fikirləri isə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib. 

Qırğızıstan Prezidenti Sadır Japarov isə Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən bildirib ki, Zəngəzur dəhlizi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi və strateji davamı olacaq. Strateji əhəmiyyətinə görə Zəngəzur dəhlizi fəaliyyətə başlamamışdan beynəlxalq status alıb. Azərbaycan isə üzərinə götürdüyü bu böyük layihə ilə həm dünyaya ədalətli sülh mesajı, həm də bütün Cənubi Qafqaz ölkələrinin inkişafına töhfə verəcək. 

Bu istiqamətdə görülən işlərin miqyası o qədər böyükdür ki, təkcə Azərbaycanın yox, həm də bölgə və dünya ölkələri üçün daha yaxşı imkanlar vəd edir. Bu baxımdan, diplomatik korpus nümayəndələrinin mütəmadi olaraq regionun vəziyyətini köklü şəkildə dəyişəcək bu layihələrin icra durumu ilə yerində tanış olması məlumatlılıqla yanaşı, etibarlılığı da artırmağa xidmət edir. 

30 il ərzində ikili standartlardan əziyyət çəkmiş ölkə olduğumuzdan, bu qəbildən səfərlərin həm də ölkəmizin və xalqımızın işğal dövründə məruz qaldığı ədalətsizlik, onun ağrılı nəticələri ilə xarici ölkələrin Azərbaycandakı təmsilçilərinin təkrar-təkrar tanış olmasına şərait yaradır. 

Bununla da dünya bir daha görür ki, Azərbaycan məruz qaldığı, izlərini hələ də yaşatdığı işğala Prezident-Ordu-Xalq birliyi ilə son qoyduqdan sonra bütün diqqətini sülhə, əmin-amanlığa, sakinlərin doğma torpaqlara təhlükəsiz qayıdışına yönəltməklə yanaşı, həm də region və dünya üçün önəmli olan böyük layihələrin təminatçısı kimi çıxış edir.

Elnarə Kərimova
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see151

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see146

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri