Icma.az
close
up
RU
Prezidentin köməkçisi COP29la bağlı görülən işlərdən danışdı

Prezidentin köməkçisi COP29la bağlı görülən işlərdən danışdı

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Bu gün artıq COP29-un keçiriləcəyi tədbir məkanını təhvil veririk. Mediaya, bütün əlaqəli yerli strukturlara Təşkilat Komitəsinə göstərilən dəstəyə görə təşəkkürümü bildirirəm”.

"Cebheinfo.az" “Qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, COP29 Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov media nümayəndələri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, artıq keçiriləcək tədbirlərin cədvəli hazırdır: “67 min nəfər bu günə qədər qeydiyyatdan keçib. Çoxlu qonaq gözləyirik. Görüşlərimiz plenar otaqlarda həyata keçiriləcək. Bütün məkanlarımız dolub, demək olar ki, boş yer qalmayıb. İndiyə qədər 3500 media nümayəndəsi qeydiyyatdan keçib. Artıq bir sıra qurumlar Azərbaycandadır. Bütün görülən işlərdə könüllülər bizə yaxından dəstək verdilər”. 

A.Ələkbərov, həmçinin bildirib ki, 17 500 mehmanxana otağı bron edilib. Bundan başqa, qonaqlar üçün xüsusi rezidensiyalar da ayrılıb: “Mehmanxanalarda hər cür şərait yaradılıb. “Sea Breeze”də, həmçinin MİDA-nın binalarında və digər rezidensiyalarda da yerlər təklif olunur. Biz bu məkanlara yaxın nəqliyyat hubları yaratmışıq”. 

Media nümayəndələri ilə görüşdə bildirilib ki, iştirakçıların qidalanmasına da xüsusi önəm verilib. Bununla bağlı portal yaradılıb. Səhər yeməyi boksları hazırlanıb. Qidalar həm veqan, həm də digər bütün istəklərə uyğun hazırlanıb.

Davamlılıq da birinci yerdədir. Artıq elektrik avtomobilləri, fiziki məhdudiyyətləi şəxslər üçün xüsusi qolf-karlar, yanğın və təcili yardım avtomobilləri ayrılıb. 

Anar Ələkbərov bildirib ki, Liderlər Sammitində qonaqlar layiqincə qəbul ediləcək. Həmin gün 40 dəqiqə ərzində Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı videomateriallar təqdim olunacaq.

“Gülüstan” sarayında və Heydər Əliyev Mərkəzində qonaqlar üçün qəbul nəzərdə tutulub. Ümumiyyətlə, noyabrın 11-12-si COP29-da əsas günlərdir. 

Yaşıl zonada noyabrın 12-si birinci xanımların iştirakı ilə tədbir olacaq. Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva, Türkiyənin Birinci xanımı Əminə Ərdoğan, Özbəkistanın Birinci xanımı, Qırğızıstanın birinci xanımı və həmin ölkələrdən 100 nəfərə yaxın gənc bu tədbirdə iştirak edəcək. Yaşıl Zonada Heydər Əliyev Fondu və Türkiyənin “Sıfır atık” vakfı ilə birgə pavilyon yaradılıb və tədbir çərçivəsində həmin pavilyona baxış olacaq. Həmin gün eyni zamanda ağacəkmə aksiyası təşkil olunacaq.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Noyabr 2024 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri