Icma.az
close
up
RU
Prezidentin köməkçisi COP29la bağlı görülən işlərdən danışdı FOTO

Prezidentin köməkçisi COP29la bağlı görülən işlərdən danışdı FOTO

Manset saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bu gün artıq COP29-un keçiriləcəyi tədbir məkanını təhvil veririk. Mediaya, bütün əlaqəli yerli strukturlara Təşkilat Komitəsinə göstərilən dəstəyə görə təşəkkürümü bildirirəm”.

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, COP29 Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov media nümayəndələri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, artıq keçiriləcək tədbirlərin cədvəli hazırdır: “67 min nəfər bu günə qədər qeydiyyatdan keçib. Çoxlu qonaq gözləyirik. Görüşlərimiz plenar otaqlarda həyata keçiriləcək. Bütün məkanlarımız dolub, demək olar ki, boş yer qalmayıb. İndiyə qədər 3500 media nümayəndəsi qeydiyyatdan keçib. Artıq bir sıra qurumlar Azərbaycandadır. Bütün görülən işlərdə könüllülər bizə yaxından dəstək verdilər”. 

A.Ələkbərov, həmçinin bildirib ki, 17 500 mehmanxana otağı bron edilib. Bundan başqa, qonaqlar üçün xüsusi rezidensiyalar da ayrılıb: “Mehmanxanalarda hər cür şərait yaradılıb. “Sea Breeze”də, həmçinin MİDA-nın binalarında və digər rezidensiyalarda da yerlər təklif olunur. Biz bu məkanlara yaxın nəqliyyat hubları yaratmışıq”. 

Media nümayəndələri ilə görüşdə bildirilib ki, iştirakçıların qidalanmasına da xüsusi önəm verilib. Bununla bağlı portal yaradılıb. Səhər yeməyi boksları hazırlanıb. Qidalar həm veqan, həm də digər bütün istəklərə uyğun hazırlanıb.

Davamlılıq da birinci yerdədir. Artıq elektrik avtomobilləri, fiziki məhdudiyyətləi şəxslər üçün xüsusi qolf-karlar, yanğın və təcili yardım avtomobilləri ayrılıb. 

Anar Ələkbərov bildirib ki, Liderlər Sammitində qonaqlar layiqincə qəbul ediləcək. Həmin gün 40 dəqiqə ərzində Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı videomateriallar təqdim olunacaq.

“Gülüstan” sarayında və Heydər Əliyev Mərkəzində qonaqlar üçün qəbul nəzərdə tutulub. Ümumiyyətlə, noyabrın 11-12-si COP29-da əsas günlərdir. 

Yaşıl zonada noyabrın 12-si birinci xanımların iştirakı ilə tədbir olacaq. Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva, Türkiyənin Birinci xanımı Əminə Ərdoğan, Özbəkistanın, Qırğızıstanın birinci xanımları və həmin ölkələrdən 100 nəfərə yaxın gənc bu tədbirdə iştirak edəcək. Yaşıl Zonada Heydər Əliyev Fondu və Türkiyənin “Sıfır atık” vakfı ilə birgə pavilyon yaradılıb və tədbir çərçivəsində həmin pavilyona baxış olacaq. Həmin gün eyni zamanda ağacəkmə aksiyası təşkil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 08 Noyabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri