Icma.az
close
up
RU
“Prezidentin Naxçıvanda verdiyi bəyanatlar səfərin regional əhəmiyyətini ifadə edir”

“Prezidentin Naxçıvanda verdiyi bəyanatlar səfərin regional əhəmiyyətini ifadə edir”

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına sayca 17-ci səfəri regionun təhlükəsizliyi, iqtisadi inkişafı və Azərbaycanın ümumi geoiqtisadi strategiyasında oynadığı rol baxımından strateji dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Dövlət başçısının səfər zamanı iştirak etdiyi açılışlar və verdiyi bəyanatlar səfərin əsas strateji və regional əhəmiyyətini ifadə edir”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. 

Deputat bildirib ki, hazırda bölgədə hərbi və təhlükəsizlik siyasətinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir. Naxçıvanda komando hərbi hissələrinin yaradılması da bunu təsdiqləyir. Əlahiddə Ümumqoşun Orduda yeni komando bölmələrinə Döyüş bayraqlarının verilməsi Naxçıvanın müdafiə qabiliyyətinin ən müasir standartlara çatdırılmasının göstəricisidir. Bununla da, Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olması mesajı bir daha verildi və Muxtar Respublikanın təhlükəsizliyinin sarsılmazlığı nümayiş etdirildi.

Millət vəkilinin sözlərinə görə, hazırda alternativ enerji potensialının gücləndirilməsi də dövlətimizin siyasətində prioritetdir. Bu baxımdan, Naxçıvanın da yaşıl enerji zonası elan olunması xüsusi vurğulanmalıdır. Təsadüfi deyil ki, bu gün yaşıl enerjinin Avropaya ixracı yeni hədəflər sırasındadır. Dövlət başçısının “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarındakı işlərlə tanışlığı da Naxçıvanın ölkədə günəş enerjisi istehsalı üçün ən əlverişli məkan olduğunu təsdiqlədi. Bu tipli layihələrin icrası Avropaya enerji çıxışını sürətləndirəcək. Bu mənada, Naxçıvan üzərindən Avropaya elektrik enerjisinin ixracı hədəflərinin reallaşdırılması imkanları böyükdür. 

Samir Vəliyev qeyd edib ki, cənab Prezidentin Naxçıvana səfəri zamanı verilən mühüm mesajlardan biri Zəngəzur dəhlizi ilə bağlıdır. Dövlətimizin başçısı Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bu istiqamətdə görülən işlərdən danışıb və dəmiryolunun Naxçıvan hissəsində edilən yeniliklərin əhəmiyyətini vurğulayıb. Belə ki, həmin hissədə yenidənqurma işləri nəticəsində yükdaşımaların ildə 15 milyon tona çatdırılması nəzərdə tutulur. Bununla, Naxçıvan da nəqliyyat-logistika qovşağı olaraq Orta Dəhliz çərçivəsində əhəmiyyətli inkişaf edəcək. Eyni zamanda, beynəlxalq qurumların Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə böyük maraq göstərməsi regionun əvəzolunmaz nəqliyyat mərkəzinə çevriləcəyinə sübutdur. İnfrastruktur layihələrinin tamamlanmasına gəlincə, Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, tam hazır olması regional blokadanın tamamilə yarılması prosesini sürətləndirir. Eyni xətt üzrə dəmiryolu isə gələn il başa çatacaq. Bu il Ermənistan ərazisində TRIPP layihəsinin də praktiki icrasına başlanılması nəzərdə tutulur. Avqustun 8-də dövlətimizin başçısının ABŞ prezidenti Donald Trampla telefon söhbətində bu məsələ xüsusi diqqət mərkəzində olub. Bütövlükdə, bu layihənin reallaşdırılması Naxçıvanı beynəlxalq logistika mərkəzlərindən birinə çevirəcək. 

Deputat həmçinin Prezident İlham Əliyevin səfərinin Naxçıvanın sosial-iqtisadi inkişafı və yeni idarəetmə konsepsiyası baxımından da əhəmiyyətinə diqqət çəkib. Prezidentin bəyan etdiyi kimi, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ artıq eyni idarəetmə və inkişaf mexanizmləri əsasında tərəqqi edəcək. Bununla yanaşı, Naxçıvan Sənaye Parkının, sosial evlər kompleksinin təməllərinin qoyulması və şəhərin 2044-cü ilədək inkişafına dair Baş Planının təqdim edilməsi regionun demoqrafik və iqtisadi artımına  hədəflənib. Eləcə də, muxtar respublikada sosial xidmətlər də modernləşdirilir. Regionda açılan yeni DOST Mərkəzi və ekoloji təmiz elektrik avtobuslarının xəttə buraxılması əhalinin rifahının artırılmasına xidmət edir.

“Beləliklə, dövlət başçısının səfəri Naxçıvanı sadəcə təbii coğrafi təcriddən çıxarmaqla qalmır, həm də onu regionun hərbi cəhətdən keçilməz qalasına, logistik mərkəzinə və gələcəyin “yaşıl enerji” mərkəzinə çevirmək məqsədi naminə  dövlətimizin siyasi iradəsini birmənalı şəkildə ortaya qoyur. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsindəki fikirlər də bütün bunları təsdiqləyir”, - deyə Samir Vəliyev vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Avqust 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri