Prezidentin nümayəndəsi Zəngəzur dəhlizindən danışdı
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyada baş verən münaqişələr ölkələrarası ixracat məsələsində ciddi problemlərə yol açır.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Antalya Diplomatiya Forumunda panel müzakirə zamanı deyib.
O, Orta Dəhlizin bu yöndə xüsusi üstünlüyünə diqqət çəkib:
“Cənubi Qafqazda biz sadəcə ticarəti düşünmürük, bununla bərabər biz sülhü də düşünürük. Bölgəmizdə onillər boyu münaqişə mövcud idi. Bu gün de-fakto olaraq Ermənistanla sülh içərisində yaşayırıq, bu da bizim üçün yeni fürsətlər açır”.
Xüsusi nümayəndə Zəngəzur dəhlizinin çox böyük bir layihə olduğunu deyib:
“Zəngəzur dəhlizi reallaşdığı zaman, sadəcə, Azərbaycanla Naxçıvan arasında yol deyil, Asiya ilə Avropa arasında ciddi bir bağlantı rolunu oynayacaq.
Nəticə etibarilə Cənubi Qafqaz onillər boyu sürən düşmənçilik münasibətlərindən qurtulub işbirliyi istiqamətində inkişafda olan, sülh və rifah dolu bir bölgəyə çevrilməkdədir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 18 Aprel 2026 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















