Icma.az
close
up
RU
Prezidentin Nyu York səfəri, Azərbaycanın dünyaya yeni formatda təqdimatı Şərh

Prezidentin Nyu York səfəri, Azərbaycanın dünyaya yeni formatda təqdimatı Şərh

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əminliklə deyə bilərik ki, bu gün Prezident İlham Əliyevin liderliyi altında  dünyada öz nüfuzu ilə seçilən bütöv, suveren, güclü və qüdrətli yeni bir Azərbaycan dövləti yaradılır.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev Prezident İlham Əliyevin ABŞ səfərini və Nyu-Yorkda keçirdiyi görüşləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr ümumiyyətlə Azərbaycanın beynəlxalq aləmdə sürətli inkişaf mərəhləsinə qədəm qoyaraq hədflərinə nail olan güclü, qüdrətli və çox böyük nüfuza sahib ölkə kimi xarakterizə olunur. “Məhz Prezidentin liderliyi altında Azərbaycan qarşısında duran beynəlxalq aləmdə həlli qeyri-mümkün hesab olunan Ermənistan-Azərbaycan münaqişəsini həll etməklə müasir dünyada yeni reallıqlar yaradan ölkə rolunda çıxış etməkdədir. Azərbaycanın yaratdığı yeni reallıqlar beynəlxalq aləm tərəfindən dəstəklənərək təqdir olunmaqdadır. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı, keçirdiyi görüşlər və orada  gedən müzakirələr dediyimizin bariz nümunəsidir”, - o qeyd edib.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-cı sessiyasında iştirakı  böyük siyasi tarixi  əhəmiyyət kəsb edir və bunu şərtləndirən amillər var: “Birincisi, Azərbaycan indiyədək BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi  və 30 ilə yaxın  həyata keçirilməyən qətnamələrin icrası ilə qərarı məsuliyyəti öz üzərinə götürərək təkbaşına həll edən  yeganə dövlətdir. İkincisi, Azərbaycan öz ərazi bütövlüyünü  təmin etmək istiqamətində BMT TŞ-nin qətnamələri icra edərkən  hərbi əməliyyatlar zamanı   müharibə qaydaları ilə bağlı heç bir beynəlxalq qaydaları pozmayıb.  Ən yüksək  səviyyədə peşəkarcasına həyata keçirdiyi hərbi əməliyyatlar zamanı mülki obyektlər və insanlar  bundan əziyyət çəkməyib.

Üçüncüsü, öz ərazi bütöylüyünü və tam suverenliyini bərpa edən Azərbaycan Cənubi Qafqazda sülhün memarı və  təminatçısı rolunda çıxış edərək  Avropa ilə Asiyanın strateji coğrafiyasında yerləşən bölgəni yeni bir əməkdaşlıq qovşağına çevrimək niyyətidir.

Dördüncüsü, Azərbaycanın yeni dünya nizamının formalaşmasında qlobal sülhə və təhlükəsizlik arxitekturasına öz töhfəsini vermək istiqamətində yürütdüyü siyasətdir. 

Beşincisi, Prezident İlham Əliyevin yürütdüyü uğrulu çoxvektorlu diplomatiya nəticəsində  nəinki Azərbaycanı, bütövlükdə Cənubi Qafqazı Avrasiya coğrafiyasında bir-birinə əks olan qüvvələr arasında qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq formatlarının  yaradılması istiqamətindəki  fəaliyyətidir.  

Ümumiyyətlə, cənab Prezidentin BMT Baş Assambleyasınının sessiyasında iştirakını Azərbaycanın beynəlxalq aləmə tamamilə yeni formatda təqdimatı kimi də  dəyərləndirə bilərik. Prezidentin sıx görüş qrafiki və beynəlxalq maliyyə institutlarının rəhbərləri, bir sıra ölkə liderləri ilə keçirdiyi  və keçirəcəyi görüşlər bunun göstəricisidir. Prezident İlham Əliyevin Blackstone, Nouberger Berman, Brookfield Asset Management kimi şirkətlərinin rəhbər şəxsləri ilə danışıqları Azərbaycanın qlobal maliyyə sisteminə inteqrasiyasının yeni səviyyəsinin inkişafında mühüm mərhələ və  yaratdığı reallıqların  qəbulu  kimi qiymətləndirilməlidir. Bu görüşlər Azərbaycanın qlobal maliyyə xəritəsində strateji əhəmiyyətinin göstəricisi kimi qəbul olunmalıdır. Belə bir təşəbbüsün ev sahibi tərəfindən edildiyini nəzərə alaraq, beynəlxalq investisiya ictimaiyyətinin ölkəmizə artan marağını nümayiş etdirir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan qlobal maliyyə institutları tərəfindən sabit və perspektivli tərəfdaş kimi qəbul edilir.

Dünyanın aparıcı maliyyə qurumları Azərbaycana təkcə bazar kimi deyil, həm də Avropa və Asiyanı birləşdirən, inkişaf etmiş enerji və nəqliyyat infrastrukturuna malik olan və davamlı inkişaf nümayiş etdirən strateji məkan kimi qəbul edirlər. Azərbaycan üçün bu, iqtisadiyyatını şaxələndirmək, qeyri-neft sektorunu genişləndirmək, yeni texnologiyalar və idarəetmə təcrübələrini cəlb etmək üçün bir fürsətdir. Kapital uğrunda qlobal rəqabət şəraitində Azərbaycanı beynəlxalq investisiyalar üçün cəlbedici mərkəzə çevirən məhz sabitlik və aydın inkişaf perspektivləri təklif etmək bacarığıdır. Bütün bunlar Azərbaycanın yaratdığı yeni reallıqlara uyğun qarşısında duran çağırışlara, hədəflərə nail olunmasına geniş imkanlar açacaq”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Sentyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri