Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı videoçarx hazırlanıb, görüntülərdə dövlət başçısının Daşkənd və Buxara şəhərlərindəki tədbirlərdə iştirakı əks olunub.
Bizim.Media xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinin hazırladığı videoçarxda dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Daşkənddə Müstəqillik abidəsini ziyarəti, Heydər Əliyev Meydanında Ümummilli Liderin barelyefi önünə gül dəstələrinin qoyulması da yer alıb.
Görüntülərdə Daşkənddəki "Kuksaroy" Dövlət İqamətgahında Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi, dövlət başçısının özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə təkbətək görüşü, birgə layihələrin açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak da var.
Videoçarxda həmçinin Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma və mübadiləsi mərasimi yer alıb. Bundan başqa, İlham Əliyevin Özbəkistanın ən böyük şəhərsalma layihəsi - "Yeni Daşkənd"lə tanışlığı da təqdim edilib.
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası, prezidentlərin təltifolunma mərasimi, İlham Əliyev və Şavkat Mirziyoyevin mətbuata bəyanatları, Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışını da görmək olar. Videoçarx Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Daşkənd şəhərindən Buxaraya səfəri ilə davam edir.
Buxarada İsmayıl Samani türbəsi, "Ark" qalası və "Poyi-Kalon" kompleksi ilə tanışlığa da yer verilib. Görüntülər Prezidentin Özbəkistana dövlət səfərinin başa çatması ilə yekunlaşır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 24 Avqust 2026 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















