Icma.az
close
up
RU
Prezidentin pensiyalarla bağlı sərəncamı nəyə hesablanıb? Əli Məsimli şərh edir…

Prezidentin pensiyalarla bağlı sərəncamı nəyə hesablanıb? Əli Məsimli şərh edir…

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yeni Sərəncam imzalayıb.

Belə ki, “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların artırılması istiqamətində ardıcıl şəkildə atılan addımların növbəti davamıdır.

Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır. 

Həmçinin qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaların həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da qeyd olunan qədər indeksləşdirilməklə bu ilin əvvəlindən artırılması təmin edilir.

Bildiririk ki, artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur.  

Gununsesi.info xəbər verir ki, Milli Məclisin İqtisadiyyat Komitəsinin üzvü Əli Məsimli sözgüdən fərmanı şərh edib.

O, qeyd edib:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əmək pensiyalarının indeksləşdirilməsi haqqında 5 fevral 2025-ci il tairixli sərəncamı və bu yöndə sosial xarakterli digər məsələlərlə bağlı bizə ünvanlanan çoxsaylı suallara cavab olaraq bildiririk ki, sözügedən sərəncamın 1.1-ci maddəsinə əsasən, 2025-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2024-cü il üzrə orta aylıq əməkhaqqının illik artım səviyyəsinə uyğun olaraq 8,1 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırıldı. Pensiya artımı əmək pensiyalarının hər üç növündə, yəni yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası alanlara şamil edilir və 1,1 milyona qədər pensiyaçını əhatə edir.

Əli Məsimli həmçinin bildirib:

Dediklərimizi misallarla konkretləşdirsək, keçən il median pensiya səviyyəsində, yəni 360 manat pensiya alanların pensiyası bu il 29 manat 16 qəpik artaraq 389 manat 16 qəpiyə, 400 manat pensiya alanların pensiyası 32 manat 40 qəpik artaraq 432 manat 40 qəpiyə,500 manat pensiya alanların pensiyası 40 manat 50 qəpik artaraq 540 manat 50 qəpiyə çatdırıldı və sair.”

Ə.Məsimli pensiyaların alınma qaydasını da izah edib:

Pensiyaçılar bu ilin yanvar ayında da əvvəlki məbləğdə pensiya aldılar. Çünki pensiyaların indeksləşdiriləsində əsas götürülən 2024-cü ilin orta əmək haqqının artım tempinə dair yekun göstərici yanvarda yox, fevralda məlum olur. Ona görə də pensiyaçılar artan pensiyalarını yanvar ayının artımı da daxil olmaqla bu ay, yəni fevral ayında alacaqlar. Məsələn,360 manat pensiya alanların fevral ayında yanvar-fevral ayları üzrə ikiaylıq artımı nəzərə almaqla 418 manat 32 qəpik pensiya alacaq.Mart ayından başlayaraq isə yalnız 29 manat 16 qəpiklik artımla,yəni 389 manat 16 qəpik alacaqlar.

Eyni zamanda, o, digər məsələlərə də aydınlıq gətirib:

Sərəncamın 1.2-ci maddəsinə əsasən 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalının  2024-cü ilin rəsmi  inflyasiya göstəricisinin  illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsi 2,2 faiz artırıldı. Bunlaradan əlavə  digər sualları da ümumiləşdirərək bildiririk ki, 23 dekabr 2024-cü il tarixli xüsusi Prezident Sərəncamına uyğun olaraq, fevralın 1-dən minimum pensiya 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb. 2025-ci ilin yanvarından  minimum əməkhaqqı 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb. Buna uyğun olaraq 19 pilləli Vahid Tarif Cədvəli əsasında maaş alanların əmək haqqları da 2,2-16 faiz intervalında artırılıb. Yaşa görə müavinət, veteran pulu və digər müavintlər barədə yenədə onu deyə bilərik ki, 23 dekabr 2024-cü il tarixli xüsusi Prezident sərəncamına uyğun olaraq Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində, yəni martda hazırlayıb ölkə Prezidentinə təqdim edəcək. Həmin sənəd hazır olandan sonra müavinətlərin də nə qədər artırılacağına aydınlıq gətiriləcək. Müavinət,təqaüd və sairin artımı 1 milyon nəfərdən artıq vətəndaşımızı əhatə edəcək. Ümumiyyətlə isə əmək haqqı, pensiya, müavinət və sairin artımı ümumilikdə 3 milyon vətəndaşımızı əhatə edəcək. Bu sosial paketin maliyyə tutumu 1,4-15 milyard manat qiymətləndirilir. Əhalinin güzəranını yaxşılaşdırmaqdan ötrü inflyasiyaya qarşı tədbirləri gücləndirməklə əmək haqqı, pensiya, müavinət və digər ödənişlərin artırılmasının davam etdirilməsi çox vacibdir. Yəqin ki,imkanlar genişləndikcə, əmək haqqı, pensiya, müavinət və digər ödənişlərin artırılması istiqamətində növbəti addımlar da atılacaq”

Qeyd edək ki, yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək. Məsələn, şəxsin pensiyası 500 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556 manata çatdırılacaq, yanvar ayının 56 manat artımı da fevral ayının pensiyasına əlavə olunaraq veriləcək. Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.

Onu da qeyd edək ki, pensiyaların indeksləşdirilməklə artırılması ötən ilin əvvəlindən bütün növ pensiyalara şamil olunur. Hazırki artım da həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçıları (pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.) əhatə edir. Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2023-ci il üzrə orta inflyasiya dərəcəsini (8,8 faiz) üstələyir.

Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2024-cü il yanvarın 1-dək  qeydə alınmış pensiya kapitalları da 8,8 faiz indeksləşdirilərək artırılır. Məsələn, şəxsin fərdi hesabında 50 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 4400 manat artırılmaqla 54400 manata çatdırılacaq. Bu da onu göstərir ki, işləyən şəxslərin fərdi hesablarında toplanan pensiya kapitalları yalnız hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında mütəmadi olaraq artırılır.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Fevral 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see214

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see181

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see164

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see163

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see154

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see148

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see147

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see143

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see138

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see128

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see125

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri