Icma.az
close
up
RU
Prezidentin Qarabağ səfəri zəngin proqramı və mühüm hadisələrlə yadda qaldı ŞƏRH

Prezidentin Qarabağ səfəri zəngin proqramı və mühüm hadisələrlə yadda qaldı ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 31 may, AZƏRTAC

Müstəqillik Günündə Prezident İlham Əliyevin Xankəndi, Şuşa və Xocalıya səfəri zəngin proqramı və mühüm hadisələrlə yadda qaldı. Əvvəlki səfərlərdə olduğu kimi, dövlətimizin başçısı bu dəfə də Xankəndidə və Xocalıda yeni istehsal müəssisələrinin açılışında iştirak etdi, regionun sosial-iqtisadi inkişafına yönəlmiş layihələrlə yaxından tanış oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva söyləyib.

O bildirib ki, Vətən müharibəsində qazanılmış tarixi Qələbədən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılıb. Bu prosesin ən mühüm xüsusiyyətlərindən biri görülən bütün işlərin dövlətimizin başçısının şəxsi nəzarəti ilə həyata keçirilməsidir. Şəhər və kəndlərimizin bərpası təsdiq olunmuş Baş Plan əsasında aparılır və bu, regionun gələcək inkişafının sistemli şəkildə qurulmasına xidmət edir.

"İşğaldan azad olunmuş ərazilərə artıq minlərlə keçmiş məcburi köçkün qayıdıb. Doğma yurdlarına dönən sakinlər müasir standartlara cavab verən rahat ev və mənzillərlə təmin edilir, onların sosial rifahının yüksəldilməsi üçün ardıcıl tədbirlər görülür. Eyni zamanda, məşğulluq məsələsinin həlli xüsusi diqqət mərkəzində saxlanılır. Xankəndidə və Xocalıda fəaliyyətə başlayan yeni istehsal müəssisələri yüzlərlə iş yerinin yaradılmasına imkan verib. Bu müəssisələrdə yalnız yerli sakinlər deyil, ətraf rayonların əhalisi də işlə təmin olunur.

Xocalıda “Qarabağ Tekstil Evi”nin fəaliyyətə başlaması regionun iqtisadi potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Müəssisədə istehsal olunacaq məhsulların həm daxili bazarın tələbatını ödəməsi, həm də xarici bazarlara ixrac olunması nəzərdə tutulur. Dövlət tərəfindən sahibkarlara göstərilən dəstək işğaldan azad edilmiş ərazilərdə yeni istehsal və emal müəssisələrinin yaradılmasını stimullaşdırır, bölgəyə investisiyaların cəlb olunmasını sürətləndirir", - deyə K.Əliyeva vurğulayıb.

Professor əlavə edib ki, səfər çərçivəsində Prezident İlham Əliyevin Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşü də xüsusi diqqət çəkdi. Səmimi şəraitdə keçən görüş zamanı Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi baxımdan tam müstəqil, güclü və qüdrətli dövlətdir. Ölkəmizin əldə etdiyi uğurların əsasında xalqın birliyi, düzgün siyasi kurs və məqsədyönlü inkişaf strategiyası dayanır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. Bu gün ölkəmiz işğaldan azad olunmuş ərazilərdə məhz öz iqtisadi imkanları hesabına sürətli yenidənqurma prosesini həyata keçirir, həmin torpaqlarda həyat yenidən canlanır.

"Prezident İlham Əliyev çıxışında Azərbaycanın müstəqilliyinin ilk illərində yaşanan mürəkkəb siyasi proseslərə də toxunaraq qeyd etdi ki, həmin dövrdə ölkədə yaranmış xaos və idarəetmədəki ciddi problemlər torpaqlarımızın işğalına şərait yaratmışdı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə dövlətçilik ənənələri möhkəmləndirildi, sabitlik təmin olundu və güclü Azərbaycanın təməli qoyuldu.

Bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı regionun aparıcı dövlətlərindən birinə, beynəlxalq aləmdə söz sahibi olan ölkəyə çevirib. 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi tam təmin olunub. Bu gün Qarabağ və Şərqi Zəngəzurun bütün şəhər və kəndlərində üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanır.

Prezident İlham Əliyevin də vurğuladığı kimi: “Biz əbədi olaraq bu torpaqlarda yaşayacağıq”. Bu fikir yalnız siyasi bəyanat deyil, həm də Qarabağa qayıdışın, quruculuğun və davamlı inkişafın əsas ideoloji xəttini ifadə edən mühüm mesajdır", - deyə professor bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 May 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see487

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see482

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see395

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see388

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see364

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see357

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see348

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see347

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see344

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see322

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see298

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see292

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see242

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see239

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see236

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see221

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see216

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see206

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri