Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq Video

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq Video

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin bu il mayın 25-də təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda ölkədə ənənəvi sahələrin daha da inkişaf etdirilməsi və yüksək məhsuldarlığın əldə olunması mühüm hədəflərdən biri kimi müəyyən edilib.

Axar.az xəbər verir ki, Dövlət Proqramında nəzərdə tutulan prioritetlər son illərdə bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin davamıdır. Belə tədbirlərdən biri olan baramaçılıq fəaliyyətinə muxtar respublikada üç il əvvəl pilot layihə kimi başlanılıb. Həyata keçirilən sistemli tədbirlər nəticəsində bu sahəyə maraq və məhsuldarlıq ildən-ilə artır.

Görülən tədbirlərin nəticəsidir ki, 2024-cü ildə ilk dəfə muxtar respublikaya 30 qutu ipəkqurdu toxumu gətirilib və ilkin mərhələdə 1119 kiloqram məhsul əldə edilib. 2025-ci ildə isə gətirilən toxumun həcmi 40 qutuya çatdırılıb və məhsuldarlıq artaraq 1757 kiloqrama yüksəlib ki, bu da 57 faiz artım deməkdir.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Rübabə Hüseynzadə Azərtac-a müsahibəsində qeyd edib ki, dinamik artım tempinin davamı olaraq, 2026-cı il mövsümündə muxtar respublikaya 50 qutu ipəkqurdu toxumu gətirilib. Bununla da barama istehsalı uğurlu göstəricilərlə başa çatdırılıb və ümumilikdə, 2880 kiloqram yaş barama istehsal edilib. Cari ilin uğurlu nəticəsi 2025-ci ilin istehsal göstəriciləri ilə müqayisədə 63,9 faiz artım deməkdir. Barama istehsalında bir qutudan orta hesabla 110 kiloqram məhsul əldə edən Şahbuz rayonunun Ayrınc kəndi muxtar respublika üzrə birinci, 103 kiloqram göstərici ilə Babək rayonunun Şıxmahmud kəndi isə ikinci yeri tutub. Rübabə Hüseynzadənin sözlərinə görə, qazanılan bu yüksək məhsuldarlıq sayəsində Naxçıvan Muxtar Respublikası yaş barama istehsalının artım tempinə və səmərəliliyə görə bir qutu üçün orta hesabla 57,6 kiloqram olmaqla ölkə üzrə birinci yerdə qərarlaşıb: “2026-cı ilin istehsal göstəricilərinin rayonlar üzrə təhlili göstərir ki, muxtar respublikanın bütün bölgələrində kümçülər mövsümü yüksək uğurla başa vurub. Belə ki, hesabat dövründə Şərur rayonu üzrə 577,88, Ordubad üzrə 565,1, Babək üzrə 555,72, Kəngərli üzrə 395,3, Culfa üzrə 276,1, Şahbuz üzrə 229, Sədərək üzrə 195,4 və Naxçıvan şəhəri üzrə 85,5 kiloqram yaş barama istehsal edilərək Şəki şəhərində yerləşən “Azəripək” ASC-yə göndərilib".

“Baramaçılıqla məşğul olan istehsalçıların fəaliyyətini stimullaşdırmaq məqsədilə dövlət tərəfindən güclü dəstək mexanizmi formalaşdırılıb. Müəyyən olunmuş qaydalara əsasən, hər kiloqram yaş baramaya görə dövlət tərəfindən kümçülərə 6 manat subsidiya ödənilir. Bununla yanaşı, məhsulu satınalan şirkət tərəfindən hər kiloqram üçün 5 manat məbləğində ödəniş həyata keçirilir. Baramaçılıq qısa müddət ərzində ailə təsərrüfatlarına ən sürətli və yüksək gəlir qazandıran, məşğulluğu təmin edən və muxtar respublika üçün yüksək rentabelli olan strateji aqrar sahə kimi səmərəliliyini sübut edib. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin təsdiqlədiyi aqrar sahənin inkişafı ilə bağlı 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı növbəti illərdə bu sahənin daha da genişləndirilməsinə güclü təkan verəcək", - deyə nazirliyin rəsmisi əlavə edib.

Naxçıvanda baramaçılığın inkişafı kümçülərin əldə etdiyi uğurlu nəticələrdə də özünü aydın göstərir. Dövlət dəstəyi, vaxtında təmin olunan ipəkqurdu toxumu və göstərilən aqrotexniki xidmətlər nəticəsində bu sahəyə maraq ilbəil artır. İlk dəfə baramaçılıqla məşğul olan kümçülər də qısa müddətdə yüksək məhsuldarlıq əldə edərək muxtar respublika üzrə ön sıralarda qərarlaşırlar.

Şahbuz rayonunun Ayrınc kəndindən olan kümçü Kənan Həsənli bildirir ki, bu il ilk dəfə ipəkqurdu bəsləyib. İşin zəhmətli və səbir tələb edən olduğunu əvvəlcədən bilsələr də, kənd kümçüləri 23 gün ərzində gecə-gündüz ipəkqurdlarına ciddi qayğı göstəriblər. Kümçü qeyd edir ki, çəkilən zəhmət hədər getməyib və nəticədə 110 kiloqram yaş barama istehsal edərək təhvil veriblər. Bu göstərici ilə kənd hazırda Naxçıvan Muxtar Respublikası üzrə birinci yerə yüksəlib. Əldə olunan nəticə onları daha da ruhlandırır və gələcək illərdə istehsalı artırmağı planlaşdırırlar.

Babək rayonunun Şıxmahmud kənd sakini, kümçü Abbas Hacıyev deyir ki, baramaçılıqla ilk dəfə məşğul olub. O, iki qutu ipəkqurdu toxumu götürərək, ümumilikdə, 206 kiloqram yaş barama istehsal edib. Hər qutudan orta hesabla 103 kiloqram məhsul əldə etməklə Naxçıvan Muxtar Respublikası üzrə ikinci yerə çıxıb. Kümçü qeyd edir ki, baramaçılıq zəhmətli olsa da, eyni zamanda, maraqlı sahədir. Böyük məsuliyyət, nizam-intizam və davamlı qayğı tələb edir. Bütün qaydalara düzgün əməl edildiyi halda yüksək məhsuldarlıq əldə etmək tamamilə mümkündür.

Naxçıvanda baramaçılıq sahəsində son illərdə əldə olunan uğurlu nəticələr göstərir ki, dövlət dəstəyi, düzgün təşkilatlanma və kənd sakinlərinin artan marağı ənənəvi təsərrüfat sahəsinin yenidən inkişafına mühüm zəmin yaradıb. Bu baxımdan yeni Dövlət Proqramı baramaçılığın inkişafı üçün yeni perspektivlər açır. Proqram çərçivəsində kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması, məhsuldarlığın yüksəldilməsi, emal imkanlarının genişləndirilməsi və kənd yerlərində məşğulluğun gücləndirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər bu sahənin inkişafına da mühüm töhfə verəcək. Artan istehsal göstəriciləri, kümçülərin qazandığı uğurlar və kəndlərdə formalaşan yeni təsərrüfat ənənələri onu deməyə əsas verir ki, Dövlət Proqramında müəyyənləşdirilən hədəflərin ardıcıl icrası Naxçıvanda baramaçılığın daha da genişlənməsinə, iqtisadi səmərəliliyin artmasına və bu sahənin dayanıqlı inkişafının təmin olunmasına əlavə stimul yaradacaq. Beləliklə, baramaçılıq təkcə kənd təsərrüfatının ənənəvi sahələrindən biri deyil, həm də kənd əhalisinin gəlirlərinin artırılmasına, məşğulluğun təmin edilməsinə və regionun sosial-iqtisadi inkişafına töhfə verən mühüm fəaliyyət istiqaməti kimi öz əhəmiyyətini daha da möhkəmləndirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://axar.az
archiveBu xəbər 04 İyul 2026 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see316

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see284

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see282

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see268

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see264

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see263

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see245

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see242

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see239

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see237

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see229

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see227

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see227

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see223

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see222

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see214

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see212

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see188

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see185

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri