Icma.az
close
up
RU
Prezidentin Qəzza ilə bağlı mövqeyi Türkiyə gündəmində FOTOLAR

Prezidentin Qəzza ilə bağlı mövqeyi Türkiyə gündəmində FOTOLAR

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyevin yerli televiziya kanallara müsahibəsində Azərbaycanın Qəzzaya sülhməramlı qüvvə göndərməyəcəyini açıq şəkildə bəyan etməsi yalnız ölkə daxilində deyil, eyni zamanda, Türkiyə ictimaiyyətində də diqqətlə izlənilib və bütövlükdə müsbət qarşılanıb.

“Unikal"apa-ya istinadən xəbər verir ki, dövlət başçısının bu bəyanatı Türkiyənin sosial media platformalarında və ictimai müzakirə mühitində geniş rezonans doğurub.

Sosial mediada Azərbaycan Prezidentinin mövqeyini təqdir edən xeyli sayta paylaşım edilib.

Bu paylaşımlardan və onlara yazılan şərhlərdən aydın olur ki, İsrail-Fələstin məsələsi, eləcə də Qəzza ilə bağlı Azərbaycanın tutduğu mövqeyə əvvəlki tənqidi yanaşmalar xeyli zəifləyib, Türkiyə ictimai fikrində dəyişiklik baş verib.

Bu reaksiya həm də onu göstərir ki, Türkiyə ictimaiyyəti Azərbaycan rəhbərliyinin emosional çağırışlardan uzaq, milli maraqlara söykənən və məsuliyyətli xarici siyasətini getdikcə daha aydın şəkildə anlayır və qəbul edir.

Türkiyə ictimai rəyində əsas yanaşmalar

Aparılan müşahidələr göstərir ki, Türkiyədəki sosial şəbəkə istifadəçilərinin əhəmiyyətli hissəsi Prezident İlham Əliyevin açıqlamasını prinsipial, realist və milli maraqlara söykənən siyasi mövqe kimi qiymətləndirir. Xüsusilə “Facebook” “X”, “Instagram” və “YouTube” platformalarında edilən paylaşımlarda aşağıdakı məqamlar ön plana çıxıb:

- Azərbaycanın emosional deyil, dövlət maraqlarına əsaslanan xarici siyasət yürütməsi;

- Regiondan kənar münaqişələrdə birbaşa hərbi iştirakdan yayınaraq, balanslı və məsuliyyətli mövqe sərgiləməsi;

- Humanitar məsələlərlə siyasi-hərbi öhdəliklərin bir-birindən fərqləndirilməsi.

Bir çox istifadəçi qeyd edib ki, Qəzza məsələsində humanitar dəstək və diplomatik mövqe ilə hərbi iştirakın qarışdırılmaması dövlətçilik baxımından doğru yanaşmadır.

Liderlik və qətiyyət vurğusu

Sosial şəbəkələrin Türkiyə seqmentində paylaşımların bir hissəsində Prezident İlham Əliyevin adı qətiyyətli liderlik nümunəsi kimi çəkilib. Bəzi şərhlərdə onun açıq və emosiyaya qapılmadan verdiyi cavablar regional liderlər üçün nümunə kimi göstərilib. Sosial şəbəkə istifadəçiləri vurğulayıblar ki, bu mövqe Azərbaycanın suveren qərarvermə qabiliyyətini və müstəqil xarici siyasət kursunu nümayiş etdirir.

Xüsusilə “öz maraqlarını hər şeydən üstün tutan dövlət” yanaşması Türkiyə ictimai rəyində anlayışla qarşılanıb və dəstək tapıb.

Ümumilikdə aparılan araşdırma göstərir ki, Prezident İlham Əliyevin Qəzza ilə bağlı səsləndirdiyi mövqe Türkiyə ictimaiyyətində mənfi reaksiya doğurmayıb, əksinə, böyük ölçüdə hörmət və anlayışla qarşılanıb. Bu, bir daha göstərir ki, Azərbaycan–Türkiyə münasibətlərində emosional gözləntilərdən çox, qarşılıqlı suverenlik və milli maraqlara hörmət əsas meyar kimi qəbul olunur.

Bu yanaşma həm də Azərbaycanın beynəlxalq məsələlərdə müstəqil, ölçülüb-biçilmiş və strateji düşüncəyə əsaslanan siyasət yürütməkdə davam etdiyini nümayiş etdirir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Yanvar 2026 07:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri