Icma.az
close
up
RU
Prezidentin qızları Şahzadə ilə sərgidə

Prezidentin qızları Şahzadə ilə sərgidə

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Milli Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı münasibətilə “Rabat xalça sənəti” immersiv sərgisi açılıb.

Sitat.info xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi, Rabat Mədəni İrsinin Qorunması Fondunun prezidenti Lalla Hasnaa iştirak ediblər.

Tədbir Heydər Əliyev Fondu, Rabat Mədəni İrsinin Qorunması Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi, Mərakeş Krallığının ölkəmizdəki səfirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Mərakeş Sənətkarlıq Evi və Mərakeş Milli Muzeylər Fondunun təşkilatçılığı ilə keçirilib.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova xalça sənətinin təkcə Azərbaycan üçün deyil, eyni zamanda, dünya mədəni irsinə böyük töhfə olduğunu deyib. 2016-cı ildən Prezident İlham Əliyevin Sərəncamı ilə mayın 5-nin ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edildiyini vurğulayıb. “Azərbaycanın ənənəvi xalçaçılıq sənəti”nin 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyi qonaqların diqqətinə çatdırılıb.

Bədii hissədə “Pəri xanımın sehrli nağılı” animasiya filmi nümayiş olunub, Xalq artisti Faiq Sücəddinovun Xalq rəssamı Eldar Mikayılzadənin sözlərinə bəstələdiyi “Sevərək toxu!” adlı yeni mahnısı ifa edilib.

Sonra sərginin açılışı olub.

Burada Rabat xalçasının möhtəşəmliyi fiziki və rəqəmsal sərgi təcrübəsini birləşdirən immersiv və vizual cəhətdən maraqlı bir ssenari vasitəsilə təqdim edilib. Sərgidə bədii fotolar, qrafik illüstrasiyalar və XX əsrə aid orijinal Rabat xalçası, həmçinin Azərbaycanın XX əsrin əvvəllərində Qazax xalçaçılıq mərkəzinə aid xalça təqdim olunur. Bu eksponatlar iki qədim tekstil ənənəsi arasındakı əlaqəni nümayiş etdirir. Bədii səyahət kimi qurulan sərgi Rabat xalçasının mənşəyini, onun incə toxuculuq texnikalarını və bu ənənənin qorunub saxlanmasında qadın sənətkarların əsas rolunu nümayiş etdirir. Sərgidə, həmçinin müxtəlif kompozisiyalar, muzeydə toxunan xalçalar da təqdim olunur.

Tədbirdə muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan “Nəqşicahan” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi də keçirilib, xalçaçılara həsr edilmiş rəsm əsərlərindən ibarət videoçarx nümayiş olunub.

Sərgi mayın 10-dək davam edəcək.

Daha sonra qonaqlar Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olublar. Qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, muzeyin kolleksiyasının “qızıl fondu”nu Azərbaycanın 7 regionunun xovlu və xovsuz xalça nümunələri təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://sitat.info
archiveBu xəbər 06 May 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri