Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...
Icma.az bildirir, Baku.ws portalına istinadən.
"Prezident İlham Əliyevin imzaladığı "Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncam bir daha təsdiq edir ki, dövlətin sosial siyasətində əsas prioritet vətəndaşların rifahının yüksəldilməsi və sosial təminat mexanizmlərinin daha da gücləndirilməsidir".
BAKU.WS xəbər verir ki, deputat Vüqar Bayramov bununla bağlı fikirlərini özünün sosial şəbəkə hesabında paylaşıb.
V.Bayramov Sərəncamın icrası ilə bağlı ünvanlanan sualları və onlara cavablarını qısa olaraq aşağıdakı kimi təqdim edib:
- Kimlərə yardımlar ödəniləcək?
- Sərəncam hazırda aktiv ünvanlı sosial yardım alan ailələrə şamil ediləcək. Yəni hazırda sözügedən proqramın iştirakçısı olanlar həmin yardımı almaq imkanına malik olacaqlar. Bu isə o deməkdir ki, yardımlar 76 min ailəyə şamil olunacaq.
- Yardımlar necə ödəniləcək?
- Yardımların alınması üçün hər hansı yeni karta ehtiyac yoxdur. Ünvanlı sosial yardım alan ailələrin mövcud kartlarına pulun ödənilməsi həyata keçiriləcək.
- Yardımların alınması üçün hara müraciət edilməlidir?
- Yardımların təyinatı və ödənilməsi proaktivdir. Bu o deməkdir ki, mövcud elektron baza əsasında yardımların kartlara ödənilməsi reallaşacaq.
- Digər sosial proqramlarda iştirak edənlər bu yardımı ala bilərlərmi?
- 200 manatlıq birdəfəlik maddi yardım yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil olunur.
- Ünvanlı sosial yardıma müraciət edən, amma hələlik yardım təyin olunmayan ailələrə 200 manat ödəniləcəkmi?
- 200 manatlıq birdəfəlik maddi yardım ünvanlı dövlət sosial yardımı artıq təyin olunmuş ailələrə şamil olunur.
Qeyd edək ki, yardımlar birdəfəlikdir və qısa zamanda yardımlar həmin ailələrə plastik kart vasitəsilə həyata keçiriləcək. Çünki ünvanlı sosial yardım alan vətəndaşlarımızın plastik kartları var. Onlarla bağlı məlumatlar Əmək və Sosial Müdafiəsi Nazirliyində elektron bazada qeydiyyata alınıb. Ona görə proses qısa zamanda, sürətli şəkildə həyata keçiriləcək və praktiki olaraq ilin sonuna qədər gözlənilir ki, həmin ailələrin hamısı məhz 200 manat birdədəlik yardımdan istifadə edə biləcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 23 Dekabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















