Icma.az
close
up
RU
Prezidentin sərəncamının icrası niyə gecikir? Deputatdan AÇIQLAMA

Prezidentin sərəncamının icrası niyə gecikir? Deputatdan AÇIQLAMA

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə minimum aylıq əməkhaqqı məbləği 1 yanvar 2025-ci il tarixdən 400 manat müəyyən edilməklə 2019-cu ildən bəri ölkədə həyata keçirilən sayca 5-ci sosial islahat paketinin icrasına başlanıldığı elan edilib.

Lakin, sosial islahat paketi çərçivəsində sosial müavinət və təqaüdlər də artırılmalıdır.Prezident İlham Əliyevin keçən ilin dekabrın 23-də imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamla hökumətə tapşırılmışdı ki, bu haqda təkliflərini üç ay müddətində dövlət başçısına təqdim etsin.

Məhz Prezidentin sərəncamı ilə Nazirlər Kabinetinə verdiyi müddət martın 23-də başa çatıb. Hazırda bununla bağlı nə qərar var, nə də rəsmi açıqlama.
Burada söhbət dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına verilən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə, beşdən çox uşağı olan qadınlara, övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə verilən müavinət və sayca təqribən 13 növ təqaüd məbləğindən gedir ki, bütün bunlar üzrə artımlar hələ ki, gecikir.

Maraqlıdır, əgər işçilərin maaşları qaldırılıbsa, o zaman sosial müavinət və təqaüdlərin artırılması niyə gecikir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Prezident tərəfindən 23 dekabr 2024-cü il tarixində imzalanmış sərəncamda Nazirlər Kabinetinə 3 ay müddətində sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanaraq dövlət başçısına təqdim edilməsi tapşırılmışdır:

"Nəzərə alsaq ki, həmin müddət artıq mart ayının ikinci yarısında başa çatıb, o baxımdan təbii olaraq gözləntilər yaranır. Xüsusilə nəzərə almaq lazımdır ki, sayca 5-ci sosial islahat paketinin növbəti elementi məhz sosial müavinətlərin və təqaüdlərin artırılmasını nəzərdə tutur və bu paket ümumilikdə 3 milyon vətəndaşı əhatə edəcək.

Bu istiqamətdə əlavə olaraq 1,6 milyard manat vəsaitin ayrılması planlaşdırılır. Ona görə də təbii olaraq sosial paketin hər bir elementinin ayrı-ayrılıqda fiskal qiymətləndirilməsi aparılır və bundan sonra müvafiq qərarlar qəbul edilir.

Lakin nəzərə alsaq ki, 23 dekabr tarixli sərəncamda xüsusi olaraq sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulub, bu baxımdan gözləntimiz ondan ibarətdir ki, maliyyə qiymətləndirmələri başa çatdıqdan sonra bu sahədə konkret qərarların verilməsi mümkün olacaq".

Səbinə Uğur 
"Cebheinfo.az"

 

Açar sözlər: sərəncam icra aylıq əməkhaqqı Vüqar Bayramov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 May 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri