Icma.az
close
up
RU
Prezidentin “Şöhrət” ordeni verdiyi Asəf Hacıyevin DOSYESİ KONKRET

Prezidentin “Şöhrət” ordeni verdiyi Asəf Hacıyevin DOSYESİ KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Asəf Hacıyevi “Şöhrət” ordeni ilə təltif edib.

KONKRET.az oxu24-ə istinadən Asəf Hacıyevin dosyesini təqdim edir:

Asəf Hacıyev 1951-ci il mayın 29-da Gəncə şəhərində anadan olub. Elmə olan böyük marağı onu SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarından birinə aparıb. O, 1973-cü ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini uğurla bitirib. Elmi fəaliyyətini davam etdirərək, 1979-cu ildə eləcə də MDU-da namizədlik dissertasiyasını müdafiə edib riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Alim 1993-cü ildə isə N. Bauman adına Moskva Dövlət Texniki Universitetində elmlər doktoru dissertasiyasını uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. Fizika-riyaziyyat elmləri doktoru, professor olan Asəf Hacıyev 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, yəni akademikidir.

Akademik Asəf Hacıyev təkcə Azərbaycanda deyil, dünya elmi elitasında tanınan və qəbul edilən simalardandır. O, aparıcı beynəlxalq nəşriyyatlarda çap olunmuş 4 kitabın və 150-dən çox elmi məqalənin müəllifidir. Eyni zamanda, elmi dünyasında böyük nüfuza malik “Springer” nəşriyyatında işıq üzü görmüş 10 kitabın redaktorudur. İngilis, rus və türk dillərində sərbəst danışan alim Ümumdünya Elmlər Akademiyasının, Moldova Elmlər Akademiyasının, Monqolustan Milli Elmlər Akademiyasının üzvü və Çinin Chenqdu Universitetinin Fəxri professorudur.

Hələ 1980-ci ildə Elm və Texnika sahəsində Azərbaycan Lenin komsomolu mükafatına layiq görülən Asəf Hacıyev, 1988-ci ildən Bernulli adına Ümumdünya Riyazi Statistika və Ehtimal Cəmiyyətinin üzvüdür. O, 2005-ci ildə Beynəlxalq Statistika İnstitutunun üzvü seçilmişdir. Akademik 1979-cu ildən Azərbaycan EA-nın Kibernetika (hazırki İdarəetmə Sistemləri) İnstitutunda çalışır və 1996-cı ildən orada şöbə müdiri vəzifəsini icra edir.

Dünyanın ən reytinqli universitetlərinin, o cümlədən ABŞ-ın Berkli, C. Vaşinqton, Cənubi Kaliforniya, Linkoln universitetlərinin, İsveçin Kral Texnologiya İnstitutu, Stokholm və Çalmers universitetlərinin, Almaniyanın Münhen və Humbolt universitetlərinin, Portuqaliyanın Lisbon və Nova universitetlərinin, Çinin Çenqdu və Honq-Konq City universitetlərinin, həmçinin Türkiyənin Boğaziçi, Ortadoğu (ODTÜ) və Koç universitetlərinin dəvəti ilə həmin təhsil ocaqlarında mühazirələr oxumuş və birgə elmi araşdırmalar aparıb. Alim 2001-2015-ci illərdə Bakı Dövlət Universitetinin ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri olub, 2019-cu ildən isə BDU-nun Himayəçilər Şurasının üzvüdür. Onun rəhbərliyi altında 4 elmlər doktoru və 8 fəlsəfə doktoru yetişib.

Akademik Asəf Hacıyevin ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsindəki fundamental kəşfləri yüksək praktiki tətbiqi ilə fərqlənir. Onun rəhbərliyi ilə mürəkkəb strukturlu kütləvi xidmət sistemləri üçün yeni idarəetmə nəzəriyyəsi yaradılıb. Təklif olunan optimal idarəetmə funksiyaları nəqliyyat məsələlərində, kompüter şəbəkələrində və rabitə sistemlərində tətbiq olunaraq xidmət müddətini və gözləmə vaxtını minimuma endirməyə imkan verir. Bununla yanaşı, alimin yaratdığı universal regressiya metodu tibb, biologiya, geologiya və digər sahələrdə qeyri-dəqiq verilənlərin statistik analizini aparmağa və ən optimal qərarların qəbul edilməsinə kömək edir.

Gündəlik həyatımızda hər kəsin istifadə etdiyi ən maraqlı elmi nailiyyətlərindən biri isə kompüter klaviaturası ilə bağlıdır. Belə ki, Asəf Hacıyev müxtəlif əlifbaların hərflərinin kompüter klaviaturunda optimal düzülüşü üçün yeni statistik yanaşma irəli sürüb və Azərbaycan hərflərinin klaviaturada optimal düzülüşünü təklif edib. Bu yeni düzülüş əvvəlki sistemlərlə müqayisədə əllərə düşən fiziki yükü və mətnlərin yığım vaxtını əhəmiyyətli dərəcədə azaldır. Təklif olunan bu sistem rəsmi olaraq “Microsoft” şirkəti tərəfindən qəbul edilərək Windows 8.2 və daha sonra buraxılan bütün Windows əməliyyat sistemlərinə standart olaraq daxil edilib.

Asəf Hacıyev elmi fəaliyyəti ilə yanaşı, Azərbaycanın dövlət maraqlarını beynəlxalq arenalarda uğurla müdafiə edən diplomat və siyasətçidir. O, 1996–2014-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Elm və təhsil məsələləri komitəsinin fəal üzvü olub. Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri kimi fəaliyyət göstərən alim, 2006–2008 və 2011–2013-cü illərdə QDİƏT PA-nın vitse-prezidenti vəzifəsinə seçilib.

Göstərdiyi yüksək idarəçilik və diplomatik bacarığı sayəsində Asəf Hacıyev 2015-ci ildə rəsmi olaraq QDİƏT PA-nın baş katibi vəzifəsinə seçilib. Uğurlu fəaliyyətinin nəticəsi olaraq, o, 2020-ci ildə təkrarən növbəti 5 il müddətinə yenidən təşkilatın baş katibi postuna gətirilib. Partiya fəallığı ilə də seçilən akademik, 2008-ci ildən Yeni Azərbaycan Partiyasının (YAP), 2010-cu ildən isə YAP Siyasi Şurasının üzvüdür. Evlidir, 3 övladı var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 May 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see387

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see365

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see352

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see314

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see293

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see275

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see264

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see262

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see259

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see254

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see238

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see238

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see237

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see231

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see226

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see206

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see206

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see203

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri