Icma.az
close
up
RU
Prezidentin tapşırığı ilə dövlət rəsmiləri təyyarə qəzasını araşdırmağa getdilər

Prezidentin tapşırığı ilə dövlət rəsmiləri təyyarə qəzasını araşdırmağa getdilər

Baş vermiş təyyarə qəzasını araşdırmaq üçün Prezident İlham Əliyevin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər.

Sfera.az-ın məlumatına görə, baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə dövlət başçısının tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” aviaşirkətininBakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya düşüb.

seeBaxış sayı:83
embedMənbə:https://sfera.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri