Icma.az
close
up
RU
Prezidentin təltif etdiyi gənclərlə tanış olun! Fotolar KONKRET

Prezidentin təltif etdiyi gənclərlə tanış olun! Fotolar KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bəzi şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təltif edilən gənclərdən bəziləri haqda məlumatları təqdim edir:

Prezident mükafatına layiq görülən gənclərdən biri “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova-Hacıyevadır.

Prezident Sərəncamı ilə təltif olunan gənclərimizin sırasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi, II dərəcə əlilliyi olan görmə məhdudiyyətli ifaçı Səməd Novruzov da var.

Mükafata layiq görülən gənclər biri də BDU-nun SABAH qruplarının məzunu Lamiyə Məmmədovadır. O, hazırda Qarabağ Universitetində çalışır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mexanika kafedrasında müəllimi Mahmud İsmayılov da təltif olunanlar arasındadır. O, həmçinin “TEKNOFEST Azərbaycan robototexnika” yarışının qalibi, IDDA & KOICA proqramının ən yaxşı təlimçisi, 13 elmi məqalə müəllifidir.

Prezident mükafatına layiq görülən gənclər biri də opera ifaçısı Elmina Həsənovadır. O, 2024-cü ildə Hindistanın Mumbay şəhərində keçirilən mötəbər beynəlxalq opera ifaçılığı müsabiqəsində “Operalia” müsabiqəsində ikinci yerə çıxıb və “Pepita Embil” mükafatına layiq görülüb.

Təltif olunan gənclərdən biri də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Baş katibi Leyla Həsənovadır.

Azərbaycanın gənc opera müğənniləri nəslinin nümayəndələrindən biri olan Mahir Tağızadə də təltif olunanlar sırasındadır. O, güclü bariton və zəngin səhnə ifaçılığı ilə həm ölkə daxilində, həm də xaricdə tanınır.

Həmin gənclərin siyahısında Sərxan Ağadadaşovun da adı var. O, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının “Pilotsuz uçuş aparatları” qrupunun qrup rəhbəridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Yanvar 2026 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri