Icma.az
close
up
RU
Prezidentin təltif etdiyi idmançılar kimlərdir? FOTO

Prezidentin təltif etdiyi idmançılar kimlərdir? FOTO

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə bir qrup idmançı və idman mütəxəssisləri təltif edilib.

Milli.Az xəbər verir ki, sənədə əsasən, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif ediliblər:

Abdullayev Yaqub Bəkir oğlu (21.04.1967) - 27 dekabr 2010‑cu ildə Azərbaycan Respublikasının "Əməkdar məşqçi" fəxri adına layiq görülüb. Beynəlxalq dərəcəli hakimdir. Azərbaycan Respublikasının "Fəxri diplom" mükafatçısıdır. Hal‑hazırda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında "güləş növləri" bölməsində sambo üzrə məşqçi‑müəllim vəzifəsində çalışır.

Cahangir Ağarəhimov (15 dekabr 1986) - Azərbaycanın şahmat üzrə qrosmeysteridir.

Elmira Aslanova (3 iyun 1982) - azərbaycanlı alpinist, Everest zirvəsinə qalxan ilk azərbaycanlı qadındır. Həmçinin Kilimancaro, Ojos-del-Salado və Akonkaqua zirvələrinə Azərbaycan bayrağını sancan ilk qadındır.

Cahangir Bayramov (20.02.1967) - Əməkdar idman ustası, karate üzrə dünya çempionatının çoxqat mükafatçısı, Dünya Kubokunun üçqat sahibi, ikiqat Avropa çempionu, para-taekvondo üzrə dünya çempionu, dünya və Avropa çempionatlarının çoxqat mükafatçısı, polis polkovnik-leytenantıdır.

Fikrət Akif oğlu Hüseynov (11 noyabr 1969) - 1986-1991-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "Bədən tərbiyəsi və idman" fakültəsinin "Futbol üzrə məşqçi-müəllim" ixtisası üzrə təhsil alıb.  2021-ci ildən bu günədək "Silk Way Group" Müşahidə Şurası sədrinin idman məsələləri üzrə müşaviri; 8 aprel 2024-cü il tarixindən bu günədək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan "Heydər Əliyev adına İdman-Konsert Kompleksi" MMC-də direktordur. 2 may 2025-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti seçilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyul 2019-cu il tarixli 1344 nömrəli Sərəncamı ilə "Dövlət Qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, İdman Ustasıdır.

Azər Məhərrəmov - Azərbaycanlı idmançı, armrestlinq üzrə usta idmançıdır. Azərbaycan Respublikasının Milli Qəhrəmanı Asif Məhərrəmovun oğludur.

Eduard Məmmədov (2 yanvar 1978) - "Ağ Canavar" ləqəbli azərbaycanlı peşəkar kikboksçu, 30 qat dünya çempionu, 11 qat Avropa çempionu, 11 qat Dünya Kubokunun sahibi, WAKO versiyası üzrə 10 qat dünya çempionu, 15 qat Azərbaycan çempionu, Əməkdar idman ustası, Əməkdar məşqçi, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, polis polkovnik-leytenantıdır.

Vəfa Musayeva (25 mart 1981) - azərbaycanlı alpinist, təlimçidir. Everest zirvəsinə qalxan ilk azərbaycanlı qadın, eyni ekspedisiyada həm Everest, həm də Lhotse zirvələrinə qalxan ilk azərbaycanlı alpinistdir.

Nurəddin Rəcəbov - Yunan-Roma güləşi üzrə U-20 milli komandanın böyük məşqçisidir.

Mina Mikayılova
Milli.Az

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Dekabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri