Prezidentin təltif etdiyi komitə sədri: Bundan sonra daha da çox işləməliyik
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident İlham Əliyev Milli Məclisin Ailə, qadın və uşaq problemləri üzrə komitəsinin sədri Hicran Hüseynovanın I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Qeyd edək ki, eyniadlı dövlət qurumunun keçmiş rəhbəri sabah 70 yaşını qeyd edir.
Modern.az bu münasibətlə komitə sədri ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Hicran Hüseynova bildirib ki, təltif edildiyinə görə çox böyük qürur hissi keçirir:
“Böyük etimaddır. Çox böyük qürur hissi keçirirəm. Mən cənab Prezidentə minnətdaram. Həmişə bizim fəaliyyətimizi yüksək qiymətləndirib. Bu mənim üçün böyük bir şərəfdir. Bu ilk növbədə böyük etimaddır və deməkdir ki, bundan sonra daha da çox işləməliyik”.
Komitə sədri doğum günü ilə bağlı da danışıb. “Mən adətən öz ad günlərimi təntənə ilə qeyd etmirəm. Ən yaxın adamlarla, yaxın qohumlarımla, uşaqlarım və nəvələrimlə ad günümü qeyd edirəm. Bu, mənim üçün ən böyük xoşbəxtlikdir”,-o deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 12 Avqust 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















