Icma.az
close
up
RU
Prezidentin təsdiqlədiyi Mədəniyyət Konsepsiyası nə vəd edir? ŞƏRH

Prezidentin təsdiqlədiyi Mədəniyyət Konsepsiyası nə vəd edir? ŞƏRH

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə  “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası təsdiqlənib. Konsepsiya özündə nələri əxz edir, ondan nə kimi dividendlər götürə biləcəyik?

Gununsesi.info xəbər verir ki, mövzunu “Ədəbiyyat və incəsənət” qəzetinə şərh edən tanınmış yazıçı, politoloq Adəm İsmayıl Bakuvi deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ölkənin mədəni inkişafına dair uzunmüddətli, strateji və sistemli baxışı əks etdirən mühüm dövlət sənədidir. Bu Konsepsiya qloballaşan dünyada milli mədəni kimliyin qorunması, zəngin mədəni irsin davamlı inkişafı və Azərbaycanın mədəni potensialının beynəlxalq miqyasda gücləndirilməsi məqsədini daşıyır.

“Konsepsiyanın əsas ideya xətti Azərbaycan xalqının minilliklər boyu formalaşmış mədəni irsinin – dilinin, ədəbiyyatının, musiqisinin, teatr və kino sənətinin, memarlıq və təsviri sənət nümunələrinin qorunaraq müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilməsidir.

Burada əsas prinsip ənənə ilə innovasiyanın vəhdətidir. Sənəd mədəniyyəti yalnız keçmişin mirası kimi deyil, həm də gələcəyin formalaşdırıcı gücü kimi təqdim edir. Və bundan əlavə: “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası mədəniyyəti dövlət siyasətinin mühüm tərkib hissəsi kimi müəyyən edir. Bu sənəd mədəniyyətin sosial-iqtisadi inkişaf, milli təhlükəsizlik, ideoloji sabitlik və humanitar diplomatiya ilə sıx bağlı olduğunu vurğulayır. Mədəniyyət cəmiyyətin mənəvi dayağı olmaqla yanaşı, ölkənin beynəlxalq nüfuzunun artırılmasında da mühüm rol oynayır.

Əsas prioritet istiqamətləri sadalayıram:

1.Maddi və qeyri-maddi mədəni irsin qorunması – tarixi abidələrin, muzey fondlarının, folklorun, muğamın, aşıq sənətinin və digər milli irs nümunələrinin mühafizəsi və təbliği;

2.Müasir mədəni industriyaların inkişafı – kino, animasiya, dizayn, rəqəmsal incəsənət, kreativ sənayelərin stimullaşdırılması;

3.Rəqəmsallaşma və innovasiya – mədəni irsin rəqəmsal platformalarda təqdimatı, elektron arxivlərin yaradılması;

4.İnsan kapitalının gücləndirilməsi – mədəniyyət sahəsində peşəkar kadrların hazırlanması, gənc istedadların dəstəklənməsi;

5.Beynəlxalq mədəni əməkdaşlıq – Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması, mədəni diplomatiyanın gücləndirilməsi.

Konsepsiya mədəniyyətin yalnız paytaxt mərkəzli deyil, regionlar üzrə balanslı inkişafını əsas hədəflərdən biri kimi müəyyən edir. Regionlarda mədəni infrastrukturun gücləndirilməsi, yerli mədəniyyət ocaqlarının fəaliyyətinin canlandırılması və icmaların mədəni proseslərə fəal cəlb olunması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, mədəniyyətin inklüzivliyi – bütün sosial qruplar üçün əlçatan olması xüsusi vurğulanır.

Qeyd edim ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası təkcə bir proqram sənədi deyil, milli-mənəvi dəyərlərə söykənən strateji inkişaf manifestidir. Bu sənəd Azərbaycanın mədəniyyət sahəsində gələcək onilliklər üçün yol xəritəsini müəyyən edir və mədəniyyəti ölkənin dayanıqlı inkişafının əsas sütunlarından biri kimi təsbit edir.

Nəticə etibarilə, Konsepsiya Azərbaycan mədəniyyətinin qlobal mədəni proseslərdə özünəməxsus yer tutmasını, milli kimliyini qoruyaraq müasir dünyaya açılmasını və gələcək nəsillərə zəngin mənəvi miras ötürülməsini hədəfləyir. Bu isə, razılaşaq ki, günümüz üçün həlledici faktorlardan biridir”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Yanvar 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri