Prezidentin verdiyi general rütbələri hərbçilərə təqdim olundu Fotolar
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.
Yeniavaz.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə ali hərbi rütbələr təqdim edilib.
Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran general-polkovnik Z.Həsənov onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.
Təltif olunan zabitlər isə öz növbələrində göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, bu etimadı doğruldacaqlarına əminliklərini ifadə ediblər.



Bu mövzuda digər xəbərlər:Onlara “general mayor” rütbələri təqdim olundu FOTOLAR
25 İyun 2025 18:16
Yeni rütbələri təqdim edildi Fotolar
18 Avqust 2026 22:00
Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər FOTOLAR
02 May 2026 09:57
Prezidentin ali hərbi rütbə verdiyi general kimdir?
16 Avqust 2025 12:55
Prezidentin general rütbəsi verdiyi şəxslər kimdir? DOSYE
25 Fevral 2026 03:53
Baxış sayı:176
Bu xəbər 26 İyun 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















