Icma.az
close
up
RU
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Pakistana səfər edib

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Pakistana səfər edib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 30 yanvar, AZƏRTAC

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu ölkədə səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovu qəbul edib. X.Xələfov Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə də görüşüb.

Ölkəmizin Pakistandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşlər zamanı iki ölkə arasındakı sarsılmaz dostluğa və qardaşlığa əsaslanan münasibətlərimizin dinamik inkişafının əhəmiyyəti vurğulanıb. Strateji xarakter daşıyan ikitərəfli əlaqələrimizin Azərbaycan Prezidenti və Pakistanın Baş nazirinin liderliyi ilə yeni müstəviyə yüksəldiyi məmnunluqla ifadə olunub.

Qeyd olunub ki, son dövrlər qardaş ölkə liderləri tərəfindən həyata keçirilən intensiv qarşılıqlı səfərlər və müxtəlif platformalar çərçivəsində keçirilən görüşlər münasibətlərə yeni məzmun və keyfiyyət qazandırıb.

Görüşlərdə ikitərəfli əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib. Siyasi, müdafiə və təhlükəsizlik sahəsində mövcud əməkdaşlığın genişləndirilməsi, habelə iqtisadi-ticarət, investisiya, turizm, İT, süni intellekt, kənd təsərrüfatı, rabitə, mədəniyyət sahələrində birgə layihələrin həyata keçirilməsi ilə tərəfdaşlığın dərinləşməsi imkanları ətrafında müzakirələr aparılıb.

Görüşlərdə, həmçinin bütün regional və beynəlxalq platformalar çərçivəsində dost və qardaş ölkələrimizin bir-birinin haqq işini fəal şəkildə müdafiə etməsi xüsusilə vurğulanıb. Bununla yanaşı, tərəflər Azərbaycanın hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin gündəliyindən irəli gələn məsələlər ətrafında, xüsusilə AQEM-in beynəlxalq təşkilata transformasiyası mövzusunda müzakirələr aparıb.

Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Azərbaycanın intellektual brendi olan "ASAN konsepsiyası" əsasında yaradılan və cari ilin yanvarın 14-də Pakistanın Baş nazirinin iştirakı ilə açılışı həyata keçirilən Pakistan “Asan xidməti” mərkəzini ziyarət edib, görülmüş işlərlə tanış olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2026 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri