Icma.az
close
up
RU
Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Qvatemalanın XİN rəhbəri ilə görüşüb

Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Qvatemalanın XİN rəhbəri ilə görüşüb

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Qvatemala Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Karlos Ramiro Martinez və Qvatemala Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sezar Roberto Davila ilə görüşləri keçirilib.
APA xəbər verir ki, görüşlər çərçivəsində Azərbaycan və Qvatemala arasındakı münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında iqtisadi və ticarət sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Qvatemala tərəfi xüsusi olaraq kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Görüşlərdə həmçinin iki ölkə arasında parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulanıb, ikitərəfli və Qoşulmama Hərəkatı və Beynəlxalq Parlamentlərarası İttifaqı kimi çoxtərəfli platformalardan istifadə imkanları nəzərdən keçirilib.
Qeyd olunanlarla yanaşı, görüşlərdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, həmçinin Azərbaycanın sülh gündəliyi çərçivəsində atdığı əməli addımlar ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə sazişin imzalanması prosesinə mane olan məlum amillər (Ermənistan konstitusiyasına lazımı dəyişikliklərin edilməsi və ATƏT-in Minsk qrupunun buraxılması) qarşı tərəfin diqqətinə çatdırılıb. Beynəlxalq ictimaiyyətin, o cümlədən Qvatemalanın, Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə və Ermənistan tərəfini tələb olunan son addımları atmağa təşviq edəcəyinə dair ümidvarlıq ifadə olunub.
Qvatemala tərəfi beynəlxalq hüququn, münaqişələrin və mübahisələrin sülh yolu ilə həllinin müdafiəçisi olduğunu, bu xüsusda Azərbaycanın sülh gündəliyini və təşəbbüslərini birmənalı şəkildə dəstəklədiklərini qeyd edib, sazişin imzalanmasına əngəl yaradan maneələrin, Ermənistan tərəfindən aradan qaldırılacağına ümidvarlıq ifadə edib. Azərbaycanın bu prosesdə çox maraqlı bir siyasi və diplomatik yanaşma sərgilədiyi, və güclü xarici siyasət və iqtisadiyyata malik olan Azərbaycanın digər ölkələr üçün nümunə olduğu diqqətə çatdırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 May 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see258

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see170

Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib

25 Sentyabr 2025 13:16see145

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see145

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see135

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see134

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see125

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see124

Masterchef Türkiye də gərgin anlar Münsif iştirakçını efirdən qovdu

25 Sentyabr 2025 13:16see124

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see123

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see121

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

25 Sentyabr 2025 20:00see120

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see118

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

25 Sentyabr 2025 21:27see118

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see116

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see115

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see115

Son statistika: Ukrayna bu cür dirçəlir, Rusiya isə...

25 Sentyabr 2025 07:01see114

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see114

Liverpul fransalı ulduzun izində

25 Sentyabr 2025 21:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri