Icma.az
close
up
RU
Prezidentlə görüşən balaca Nilay: “Əlini tutanda özümü çox rahat hiss etdim” FOTO

Prezidentlə görüşən balaca Nilay: “Əlini tutanda özümü çox rahat hiss etdim” FOTO

Icma.az, Modern.az saytına istinadən bildirir.

Sentyabrın 27-də Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib. Kompleks 2020-ci ildə Ermənistanın Gəncəyə raket hücumları nəticəsində həlak olan mülki şəxslərin xatirəsinə həsr olunub.

Açılış zamanı ölkə başçısının yanında dayanan azyaşlı qız sosial şəbəkələrdə və mediada maraq doğurub.

Raket hücumu nəticəsində hər iki valideynini itirmiş Nilay Əliyevadır hadisə baş verən zaman hələ iki yaşında olub.

Nilayın atası Adil Əliyev raket zərbəsi zamanı həlak olub, anası Günay Əliyeva isə bir gün sonra vəfat edib.

Hazırda Nilay ikinci sinif şagirdidir.

Modern.az Nilayın nənəsi Sevil Babazadə ilə həmsöhbət olub.

Sevil xanım deyir ki, Nilay Prezident İlham Əliyevlə görüşdən sonra evə sevincək içində qayıdıb.

“Elə bir sevinc idi ki, gözlərindən oxunurdu. Dedi: Nənə, o məni çox mehriban qarşıladı. Əllərim üşüyürdü, əlimdən tutdu, əllərim bir anda isindi. O mənə suallar verdi, mən də cavab verdim. Birlikdə gəzintiyə çıxdıq. Muzeyə baxdıq, muzeyin üstün hissəsinə çıxdıq, amma altına girmədik”.

Sevil xanım Nilayın indi Dünya məktəbində oxuduğunu qeyd edib.

“Hazırda Nilay ikinci sinif şagirdidir. Müəllimləri ilə mütəmadi əlaqə saxlayıram. Hamısı onu çox tərifləyir. Dərslərini yaxşı mənimsəyir, qavrayışı güclüdür. İngilis dilində də səlis danışır”.

“Raketin düşdüyü yer hələ də Nilayın yaddaşındadır”,- deyə Nilayın nənəsi söyləyib.

Hadisələrdən bir müddət sonra Nilay dağıntı bölgəsinə getmək istəyirdi, deyirdi:

“Məni o "dağılmış yerə" aparın. Nilay, hətta ora gedəndə, kuklalarla və güllərlə düzülən yerin içindən öz oyuncağını da tapıb götürmüşdü...”

O, həmçinin Nilayın ata və anasıyla bağlı xatirələrindən də bəhs edib:

“Nilay deyirdi: Anam kitabı açıb önümdə qoyurdu, şəkilləri göstərirdi, adlarını soruşurdu. Anamla gizlənqaç oynayırdıq. Çadıra girirdik, anam məni tapa bilmirdi…”

Sevil xanımın sözlərinə görə, dəhşətli hadisələrdən sonra Nilay bir həftə danışa bilməyib:

 “Şok içində idi. Danışanda isə ilk dediyi söz bu oldu: - Ata məni torpağın üstünə tulladı. Qaçdı və qışqırdı. Mən atadan küsmüşəm”

Sevil xanımla söhbətin ardından Nilayın evdə olduğunu öyrənib onunla da söhbətləşdik:

Nilay sevincək halda təəssüratlarını bölüşərək deyir:

“İlham babanın əlləri çox isti idi. Əlini tutanda özümü çox qorunaqlı və rahat hiss etdim. O həm də hündürboy idi. Çox yaxşı baba idi. Mənimlə mehriban və gülərüzlə danışırdı.

Muzeyin içərisinə girəndə dedim: - İlham baba, bura nə qəşəngdir. Mən buranı heç vaxt görməmişdim”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Sentyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri